Bütün dünya Georgia deyir, doğma dilimizdə jisə Gürcüstan, başkəndi Tiflis deyirik…
Bizə dost-qardaş olan gürcü xalqının ölkəsində qonaq olmaq həmişə xoşdur.
Tiflisin tarixində azərbaycanlıların məskunlaşdığı, öz milli-mədəni izlərini yaşatdığı çoxsaylı məhəllə və yaşayış obaları olub.
Ən məşhur Azərbaycan məhəllələri və obaları Şeytanbazar, Meydan və Tatar meydanı idi.
Meydan zəngin tacirlərin yaşadığı, üç tirədən- Urmiyyəlilər, Basqallılar və Qalalılar (Şuşalılar) -lardan ibarət türk məhəlləsi kimi tanınırdı.
Bundan əlavə, Seyidabad, Hamamlar, Xarpur, Ortaçala, Narınqala və Cümə məscidi ətrafı qədim Azərbaycan-türk yaşayış sahələri kimi göstərilir.
Tiflisdə həmçinin Abbasabad, Mirzabad, Şıxlı, Şahtaxtı, Seyidlər, Aşağı məhəllə, Təbriz meydanı, Gəncə qapısı, Siracxana yoxuşu, Bülbül calası, Müctəhid bağı, Qeybullanın bağı, Təhlə karvansarası, Gümüşün yolu, Qoçoğlunun suyu, Koroğlu qayası, Topxana, Nağaraxana, Zərgərxana, Pambıq cərgəsi, Qorxana və Tatar bazarı kimi çoxsaylı tarixi adlar, yaşayış məkanları, məhəllələr və obalar mövcud olub.
Bu toponimlər Tiflisin tarixində Azərbaycan türklərinin şəhər həyatındakı rolunu, ticarətini və zəngin milli-mədəni irsini yaşadan qiymətli tarixi izlərdir.
Tiflis həm də gözəllər şəhəridir.
Mən qadın gözəlliyinə heyranam. Mənim üçün qadın yalnız zahiri gözəllik deyil - davranışı kübar, danışanda ağzından dürr tökülən, incə qəlbli, ilahi bir varlıqdır. Bu baxımdan Tiflis də bizim Şuşamız kimi gözəllər şəhəridir…
Amma bir fərq var: Tiflis gözəlləri Tiflisdə, Şuşa gözəlləri isə cəlayi-vətən olub köçkün həyatı yaşayırlar…
Şuşa deyəndə insanın ürəyində qəribə bir nisgil oyanır. O gözəl şəhərin küçələrində addımlayan xanımlar, pəncərələrdən boylanan qızlar, bulaq başında gülüşən gözəllər indi bir xatirəyə çevrilib...
Onların səsi, baxışı, gülüşləri sanki Şuşanın daşlarına, qayalarlna hopub qalıb elə Şuşada…
Hələlik Şuşa gözəlləri mahnılarda, şeirlərdə, köhnə şəkillərdə və nisgilli xatirələrimizdə yaşayırlar…
Şuşanın özü də bizim üçün sadəcə şəhər deyil - itirdiyimiz düşündüyümüz illərin, yarımçıq qalan sevgilərin, doğma yurd həsrətinin xatirələridir…
Tiflis gözəlləri isə rəhmətlik Puşkinin misralarında da yaşayırlar:
“Gözəl qız, oxuma mənim yanımda,
Qəmli Gürcüstanın nəğmələrindən.
Saldın oxuduqca yenə yadıma,
Uzaq diyardakı həyatı birdən...”
Tiflis gözəlləri göz önündə, Şuşa gözəlləri isə xəyallarda, xatirələrdə…
Amma biz ümidimizi heç vaxt itirməmişik. Çünki bəzi ayrılıqların sonu görüşdür. Bəzi həsrətlərin sonu vüsaldır.
Mütləq bir gün Şuşada yenidən görüşəcəyik…
O gün Şuşanın küçələri yenə insan səslərinə, gülüşlərə, sevincə qərq olacaq. Bəlkə də illərin həsrətindən sonra bir Şuşa bulağının başında dayanıb, keçmişi xatırlayaraq gözümüzdən yaş süzüləcək…
O günə qədər, gözəl Şuşa - sən bizim yaddaşımızda, ürəyimizdə və dualarımızda yaşayacaqsan…
Elman Mustafazade
Tiflis şəhəri, 17 avqust 2018-ci il.
Tiflis və Şuşa - gözəllikdən xatirəyə…
Yada düşər acılı şirimli xatirələr… Köhmə yazı...

Xudaferin.eu
22:52
Digər xəbərlər