Və ya Azdramada məmur özbaşınalığına Molla Nəsrəddin baxışı.
“…Ədalətsizlik hökm sürür, vətəndaşların hüquqları pozulur…”
(Ölkə başçısı İlham Əliyevin 8.07.2018-ci il tarixində keçirdiyi müşavirədəki çıxışından)
“Molla Nəsrəddin” jurnalını oxuyub, gözlərinizdən yaş gələnədək “xaxxaaaa...” edib gülən müsəlman bacı-qardaşlar! Elə düşünmə ki, sən mollaya gülürsən, kimə güldüyünü bilmək istəsən güzgüyə bax!”
Sırtıq
Molla əmi! Əvvəl bir mənə qulaq ver, sonra dediyini deyərsən: mən də bilirəm indi XXI əsrdir, amma nə olsun? Sənin müdaxilənə ehtiyac var. Deməli, biri vardı, biri yoxdu. Azdrama ilə uzun illər əməkdaşlıq etmiş, ürəyi yuxa, peşəsinin ustası olan humanist bir incəsənət xadimi əvvəlcə baş rejissor və sonradan direktor kimi taleyini Azdrama ilə əbədilik bağlamaq istədi. Heç bilmirəm nə baş verdi ki, bu ürəyi yuxa direktor işdən çıxardığı istedadlı aktyorlarla bağlı qapısına gedən “ağsaqqal-qarasaqqal”lardan ibarət nümayəndə heyətini peşman elədi. Yəni gələn kimi “kassovıy” aktyorları bir birinin ardınca teatrdan uzaqlaşdırdı. Bilirsən də kassovıy nədir: yəni tamaşaçılar Azdramanın kassasından bileti bu aktyorlara görə alırdı. Özü də xüsusi uzaqgörənlik nümayiş etdirdi: ay molla əmi! Bu insan keçən ilin mart ayında haradan bilirdi ki, gələn il filan aktyor “proqul” edəcək ki, ona 1 il əvvəldən məcburən öz arzusu ilə işdən getmək barədə ərizə yazdırırdı? Sonra da nimdaş ərizəni o yaxşılıq bilməyən aktyora rəva bilmədiyi üçün onu maddə ilə işdən azad etdi. Özü də necə! “Profsoyuz” iclasının köməyi ilə-yəni aktyorun ruhu da inciməsin. Molla əmi! Bilmirəm sənin dövründə belə şeylər var idi ya yox? Məlumun olsun ki, dünyada bu dediyim profsoyuz haqqı tapdalanmış işçinin hüquqlarını bərpa etməklə onu rəhbərlikdən müdafiə edən qurum kimi fəaliyyət göstərir. “Profsoyuz” un işçini otağa salıb işdən çıxmasına “uqovarivat” eləməyini də Azdramadan eşitdik! Şükür kərəminə! İndi mən olmayım, sən ol. Bu adam humanist deyil nədir? İşdən çıxarılan aktyor tayfası bu humanistliyi başa düşməz. Hələ gör bir aktyor Azdramadanın “demokratik” ab-hava”sından nə nəql edir. Deyir tabeçiliyindəkilərdən biri direktorun pencəyinin tozunu elə onun əynindəcə səliqə ilə elə çırpır ki, lap “Mozalan” yada düşür. Bunu eşidəndə bərk qəzəbləndim: adamın yanında baş kəsərlər, o çıxmış gözlərinlə nə görmüsənsə, dilini farağat qoy! Aktyorlardan belə hörməti görməyib axı! Amma bunu ona demədim haaaa... Sadəcə düşündüm. Bir də düşündüm ki,ağsaqqal adamdır nə olar ki?
Böyük səhnəni şəxsi ambisiyasına qurban verdiyinə görə mərhum xalq artisti Fuad Poladov ondan və Azdramadan birdəfəlik üz çevirdi. Dərdə düşdü və sağlamlığını itirdi. Sonra da... Azdramanın itkiləri bununla bitmədi: yüksək reytinqli aktyorlardan olan, tamaşaçı sevgisindən xali olmayan əməkdar artistlər İlham Hüseynov, Pərviz Məmmədrzayev, Hikmət Rəhimov, Murad İsmayıl, Ülvi Həsənli, Adil Dəmirov... Hansını deyim? Məgər ölkə başçımızın gənclər siyasəti ilə bağlı dedikləri Azdramaya aid deyil? Bəlkə Nemətov gəncləri uzaqlaşdırmaqla ağsaqqal və ağbirçəklərə yol açır ki, yaşlı nəsli pensiyaya göndərən rəhbərlərə görk olsun?
Direktor təyin olunandan sonra keçmiş direktorun kreslosuna əyləşməyib takt nümayiş etdirmək istəsə də, daxilindəki xırdalıqlara qalib gələ bilmədi: “pusquda” durub onu təbrik etməyən gənc və fitri istedada malik aktyor Hikmət Rəhimovu cəzalandırmaq üçün fürsət tapıb onu işdən çıxardı. Baş rejissor olanda “Burada yalnız direktor maşın saxlaya bilər” deyib onu içəri buraxmayan mühafizə rəisi Nizami Əsgərova elə həmin gün “qapını göstərdi”. Əlbəttə, yüksəkdə dayanmaq çox çətindir və “düşər-düşməzi olar” deyib keçmiş direktorun kabinetini toxunulmaz saymaq kifayət deyil. Amma ay molla əmi, yəni bu yaşda adama başa salmaq lazımdır ki, “düşməyən” kabinet yox, adamın öz əməlləridir?
İnsaf da yaxşı şeydir: müxaliflərin mitinqində iştirak edən aktyorları kim bağışlayardı? Nemətov bağışladı. İndi sual yaranır: səhnədən nahaq yerə uzaqlaşdırdığı aktyorlar mitinqə gedənlər qədər olmadı? Yəni bunlar belə “rozıska verilən osobo opasnıy prestupnik”lərdir? Molla əmi, ağlıma hətərən-pətərən bir fikir gəldi. Deməsəm ölərəm: deyirəm kaş ki, bu aktyorlar da mitinqə gedəydi, yəqin onda Nemətovun yanında hörmətli olardılar, elə o iki nəfərlə birgə “optovoy” bərpa olunardılar. Nə deyib bərpa etməyəcəkdi? Nə tövr olur ki, eyni günah işləyənin yarısı “amnistiyaya” düşə, yarısı yox...
Ay molla əmi, zarafat bir qırağa, xalqımızın milli adət-ənənələrinə söz ola bilməz. Amma bir-iki yanlışlığa qəsdən yol veririk ki, bizə göz dəyməsin. Məsələn, dünya ulduzlarına elə həsrətlə baxıb ah çəkirik ki, sanki Ulu Tanrı bizi gözəllikdən, isteddadan birdəfəlik məhrum edib. Baxmaq da sözdür, Hollivud demirəm, opera sənətinə köməyimizlə yiyələnən qardaş Türkiyənin, qədim incəsənətimizlə geridə qoyduğumuz Rusiyanın ulduzlarının ayaqqabısının ölçüsündən tutmuş, qanında şəkərin miqdarına kimi bilirik. Amma özümüzünküləri tanımırıq, tanıyanda da bəyənmirik… Məclislərin birində “ruskoyazıçnı” xanım deyir ki, Azdrama nədir, mən Rus dramasına gedirəm. Sual etdim ki, bəyənmədiyin teatrda hansı tamaşaya baxmısan, hansı aktyorun oyunu süni təsir bağışlayıb, hansı tamaşanın dekorasiyası bayağıdır, cavab verə bilmədi. Axırda sual etdim ki, Azdramanın pillələrindəki xalça hansı rəngdədir-onu da deyə bilmədi... Hə, onu deyirdim axı, Akademik Milli Dram Teatrının qapısını tanımayanların hansını şirin yuxudan övgar eləsən, Hollivud ulduzu Yelizabet Teylorun 7 dəfə kəbin-talaqla ərdə olduğunu deyəcək. Amma Azdramanın kollektivindən başqa heç kim bilmir ki, Elizabet abla Nemətova bir könüldən min könülə aşiq olmuşdu.Bunu o, Moskvada keçirilən tədbirlərdən birində ərz eləyibmiş (amma qana bilmədim ki, bunlar hansı dildə konuşuyorlarmış). Əhvalatı geniş kütlə içərisində Nemətov özü nağıl edib, mənim şər-böhtanla işim olmaz. Amma di gəl nə olsun? İvan demişkən, bu “çistoserdeçnoye priznaniye”dən Azdramanın kollektivindən başqa bir kimsənin xəbəri yoxdur. Təvazökarlığın da həddi olar da! Amma məni fikir götürüb ki, Teylor Azərbaycan dilini iki daşın arasında necə öyrənibmiş? Nemətov o qədər təvazökardır ki, 70 illiyində teatrın mətbuat katibinə verdiyi müsahibəni yalnız bu il üzə çıxarmağa izin verdi. Müsahibədə deyir ki, keçmiş mədəniyyət naziri ilə yola getmirmiş!.. Rəhmətlik Hacı Zeynalabdin Tağıyev fəhlələrin tətilini yatıran Çar Nikolay üçün demişdi ki: “Bu Nikolayın heç bir BOLİTİKASI yoxdur”. Amma direktorun “bolitika”sına söz ola bilməz! Durub keçmiş naziri tərifləyəsi deyil ki... Ağzında deyirsən keçmiş. O müsahibədə başqa şeylər də oxuduq: Nemətov (yəqin ki,təsəvvürlərində) guya Şuşaya bron-jletsiz gedibmiş? Amma, nə lazım, adam elə hər oxuduğunu deməz ki... Bir məqamı deməsəm partlaram: o müsahibənin “şah damarı” yaddan çıxdı: dünya şöhrətli Qara Qarayev “fitri musiqi istedadı” olan Nemətovun bəstəkarlıq etmədiyini əməlli başlı ürəyinə salıbmış... Molla əmi, deyəsən bu da bakılılar demiş taza çıxıb: sağ olmayan adamın adından... Nə isə. Yaxşı olar ki, rəhmətliklərə böhtan atmayaq.
Zamanın nəbzini tutmaq lazımdır. Məsələn, bir məqalədə oxuyuruq ki, səhnəmizin sonuncu mogikanını torpağa tapşırmamış, əzizimiz Poladovun son mənzilində özünün əvvəlcədən işarələdiyi F.P. adlı lövhəciyin yanında bir “A.N.” da peyda oldu: yəni ay camaat, Azdramadan qaçaq saldığım Poladova görə məni qarğımayın. Məsələ siz düşünən kimi deyil, biz elə həmişə dost olmuşuq... Bu “bolitika” elə tüğyan edir ki, gözümüzü ovuşdura-ovuşdura qalmışıq: insanın gözünə nə qədər kül üfürərlər?
İşdən çıxarılan aktyorların “vay” xəbərini gözaydınlığı şəklində mətbuata verməkdən başqa bir peşəsi olmayan Azdramanın mətbuat xidməti o gün təntənəli surətdə elan edir ki, ötən uğurlu teatr mövsümündən sonra yaradıcı heyət məzuniyyətə göndərildi. Əgər Akademik Milli Dram Teatrı bir dəstə istedadlı aktyor itkisini uğur sayırsa, o başqa söhbət. Tamaşaya qalanda, teatrın işi pambıq becərmək deyil ki. Bu yerdə rəhmətlik gülüş ustası Salam Qədirzadənin “Altıbarmaq Güloğlanın sərgüzəştləri” novellası yada düşür: kişidən muştuluq istəyirlər ki, arvadın azad oldu. Şirinlik vermək istəməyən ər deyir ki, “doğmaq arvad işidir, kişi doğmayıb ki, müştülüq verim”....
Teatrın mətbuat xidməti yəqin ki, direktorun yox, haqqın və ədalətin xidmətçisi olduğu üçün martından bu yana mətbuat və sosial şəbəkələr vasitəsilə Nemətova ünvanlanan yazılara cavab vermək iqtidarında olmadığını nümayiş etdirdi.
O ki, qaldı taxtabiti yuvasına-bununla bağlı “youtube”də axtarış verən hər kəs Nemətovun bənzərsiz səsindən feyziyab ola bilər və onun bu durumuna ürəkdən acıyar: orada direktor bu taxtabiti yuvasına (Azdramaya) zorla gətirildiyindən elə acı-acı şikayətlənir ki, gərək ürəyin daş olsun və ağlamayasan... Ağlamaq demiş, hərdən gərək yezidə də ağlayasan: belə də namərdlik olar? Direktor sizi adam bilib kabinetinə buraxıb. Siz də onun ürək qızdırıb açdığı sirri faş edirsiniz, özü də necə, gizlincə səsini telefona yazmaqla. Bəlkə Nemətov sabah bir dəstə aktyoru işdən çıxarmağının səbəbini deyəcək-onu da youtube-yə qoyacaqsınız?
Amma ay Molla əmi! XXI əsr olmasın, olsun sənin dövrün. Belə şeylərin üstünü açmağa nə var ki... Aydın məsələdir ki, aktyorun Azərpaşa müəllimin kabinetində nə işi? Oraya yalnız “sevimli”lərin “viza”sı var. Nə isə anlamadım niyə bilinmədi o namərdin adı, ya tapa bilmədilər, ya da «моy аktyor» deyib əzizlədiklərindən imiş deyə səsini çıxarmadı. Elə mitinqə gedənlər də “moy aktyorlar” imiş. Bax, Nemətov bu ürəyin yiyəsidir. Elə 2016-cı ilin yanvarında ona yalvarıb “gəl Azdramanın direktoru ol” deyibən üz vuranda keçə bilmədi, axırı da belə.
Nemətovun təvazökarlığına və ədalətinə şəkk edənə lənət! Amma bu yaşa çatmışam, rüşvətlə, zənglə, lap elə öz bacarığı və istedadı ilə vəzifəyə gedən eşitmişəm, amma kiminsə qollarını burub, ağzını skoçlayıb vəzifə kreslosuna oturdulduğunu görməmişəm.
Qulağını bəri elə, sənə bir söz deyim. Amma yox, qoy yazım, çünki səsimi youtube-yə qoyarlar, camaat cəhənnəm, İsmayıl Hüseynovdan ayıbdır... Necə yəni hansı İsmayıl? Gəl məni də tanıma. Sən səhər-səhər deyəsən xaş yeyib qüvvətlənmisən, mənimsə danışmağa halım yoxdur, dilimdən halallıq istəyirəm. Azərpaşa müəllimi özünə “papa” bilən, Mədəniyyət nazirliyində İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynovu deyirəm. O,nazirliyə pənah gətirən aktyorlara “dəyərli” tövsiyələr verir. Sən allah, bir gör nə deyir: “Rəhbər istəməsə aktyora rol verilməyəcək, aktyor sıxışdırılacaq, bundan sonra orada necə işləmək olar?” Gərək Allahla danışasan, vəzifəni risk altına qoyan belə məsləhəti qardaş qardaşa verməz. Hə, bir istəyirəm “Vətənə xidmətə görə” ordeninin yiyəsi Nemətova müraciət fason bir şey edim, amma yadıma ona ünvanlanan “Açıq məktub” düşəndə “iştahım küsür”: Çünki elə şanlı məktubun sahibinin gözünü yolda qoyubsa mən kim oluram?
Amma lağlağı bir qırağa ağsaqqala mənim də bir dəyərli tövsiyəm var: haqqı danmaq imandan deyil. Bir də ki, mərdlik iki ayağını bir başmağa dirəmək, sözündən dönməməklə ölçülmür, kişilik səhvi kişi kimi etiraf edib o səhvləri düzəltmək və yeri gələrsə ÜZR İSTƏMƏYİ BACARMAQDIR!
“Teylor zirvəsindən taxtabiti yuvasına”

İmza: Mığmığa
11:59
Digər xəbərlər