Terrorçular Somalidə hotelə hücum ediblər: Ölənlər var

“Aş-Şabab” islam qruplaşmasının ekstremistləri Somalinin Puntlend regionunda yerləşən hotelə hücum ediblər. 

XUDAFERİN.eu xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi mənbəyə istinadən məlumat yayıb. 

Hücum nəticəsində ölənlər var. Ən azı dörd nəfərin öldüyü bildirilir. Onların hamısı hotelin mühafizəçiləridir.

XUDAFERİN.eu

13:16