Terror təşkilatı DEAŞ dinc vətəndaşlardan canlı qalxan olaraq istifadə edir

 

İraqın Mosul şəhərində terror təşkilatı DEAŞ-ın dinc vətəndaşlardan canlı qalxan olaraq istifadə etməsi və koalisiyaya məxsus qırıcıların bu bölgəni bombalaması nəticəsində 48 saatda 40 nəfər həyatını itirib.

İraq İnsan Hüquqlarına Nəzarət Mərkəzi tərəfindən yayımlanan, Mosulda olan fəal və humanitar yardım təşkilatları işçilərinə əsaslandırılan hesabatda bildirilib ki, terror təşkilatı DEAŞ üzvləri evlərin damına çıxaraq, İraq təhlükəsizlik qüvvələrinin geydiyi hərbi üniformalardan geyinir. Təhlükəsizlik qüvvələri onların terrorçu olduğunu öyrəndiyində bu binalar tamamilə bombalanır.
Hesabatda qeyd edilib ki, terrorçular Mosulun qərbindəki Seradibdə canlı qalxan olaraq girov götürdükləri dinc vətəndaşlardan istifadə edirlər. Təhlükəsizlik qüvvələrinin vətəndaşların olduğu bölgələrə qarşı ağır silahlarla hücumu nəticəsində ölü sayı artacaqdır.Bu da DEAŞ-ın vətəndaşlardan canlı qalxan olaraq istifadə etmə planında uğurlu olmasına dayaq təmin edəcəkdir. Bölgədə yüzlərlə insan qarşıdurmalar və bombardman qorxusu ilə gördüyü cəsədlərə görə psixologiya problemləri yaşayır. Keçən ay intihar hadisələri baş verib.

Hesabatda, Əl-Faruk və Es-Sercehane bölgəsində onlarla evin bombalandığı, ayrıca DEAŞ-ın keçən həftə bölgədən qaçmaq istəyən bir ailənin bütün fərdlərini edam etdiyi bildirilib. Qarşıdurmaların yaşandığı Mosulun qərb bölgəsində yarım milyondan çox insanın həyatının təhlükədə olduğuna işarə edilən hesabatda Mosulu xilas etmə əməliyyatına qatılan bütün tərəflərin beynəlxalq insan hüquqları qanunlarına riayət etməsi və vətəndaşların təhlükəsizliyi üçün lazımi addımların atılmasının vacibliyi vurğulanıb.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

10:13