Tereza Mey seçkiləri uduzdu: Baş nazir istefaya gedir
Böyük Britaniyada keçirilmiş parlament seçkilərinin ilkin nəticələri hakim Mühafizəkarlar Partiyasının parlamentdəki çoxluğu itirdiyini göstərir.
Baş nazir Tereza Meyin deputat mandatı qazanmasına baxmayaraq, onun liderlik etdiyi partiya 650 mandatdan 306-na sahib ola bilib. Baş nazirə müxalifətdə olanlar artıq nəticələri mühafizəkarların iflasa uğraması kimi qiymətləndirərək Tereza Meyi istefa verməyə çağırıblar. Faktiki olaraq, Böyük Britaniyanı koalisiya formalaşdırmış partiyalardan ibarət “asılı parlament” idarə edəcək. Mühafizəkarlar Partiyasına parlamentdə çoxluğu əldə etmək üçün 326 mandat qazanması lazım idi. Seçkidən öncə onlar 330 yerə sahib olmuşdular.
Tereza Mey növbədənkanar seçkilərə getməklə parlamentdə böyük çoxluğa nail olacağına ümid edirdi. Bu isə Mühafizəkarlara birpartiyalı hökumət formalaşdırmaq imkanı verə bilərdi. Ancaq hakim partiya xeyli səs itirib. Son nəticələrə görə Leyboristlər Partiyası 258, Liebaral Demokratlar 12, Şottlandiya Milli Partiyası 34, digər partiyalar isə 21 mandat qazanıb. Ana müxalifət partiyası olan Leyboristlərin lideri Ceremi Korbin baş nazir Tereza Meyi ustefa verməyə çağırıb.

Xudaferin.eu
“Avropa Bürosu”
10:07
Digər xəbərlər