Telman Nüsrətoğlu: İrəvanda bayrağımızın yandırılması erməni vandalizminin mahiyyətini ortaya qoyan hadisədir

İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması erməni vandalizminin və faşizminin mahiyyətini ortaya qoyan hadisədir. Çünki tarix boyu ermənilər tərəfindən həm Qərbi Azərbaycan, həm də Azərbaycan coğrafiyasında insanlıq mirası sayıla biləcək bir çox maddi mədəniyyət abidələrimiz ciddi vandalizm siyasətinə məruz qalıb. Bunun paralel olaraq, Azərbaycan türkləri həmin coğrafiyadan məcburi şəkildə köç etdirilərək yurdları, evləri yağmalanıb. Bizim bunu dünyaya sübut etməyimiz erməni tərəfdarı olan himayə mərkəzləri və ikili standartlar siyasəti səbəbindən bir az çətinləşir. Ancaq bu hadisə ermənilərin əsl mahiyyətini ortaya qoymaq baxımından dünya ictimaiyyətinə çox mühüm mesaj oldu. Bu hadisə etnik təmizləmə siyasəti apararaq monoetnik ölkəyə çevrilən, digər mədəniyyətlərə, bayraqlara dözümsüz olan ermənilərin özlərindən başqa heç bir millətin varlığını qəbul etmədiklərini və sülh üçün nə qədər təhlükə mənbəyi olduqlarını da göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlu söyləyib.

O vurğulayıb ki, erməniləri himayə edərək onların türk-müsəlman varlığına qarşı apardıqları soyqırımı siyasətini görməməzlikdən gələn UNESCO, həmçinin digər qurumlar da artıq görməlidirlər ki, ermənilər beyinləri bu qədər nifrət və düşmənçilik hissləri ilə zəhərlənmiş bir millətdir. Azərbaycan regiona sülhün gəlməsi üçün çox çalışıb. Baxmayaraq ki, bu 30 illik dövr ərzində ermənilər işğal altındakı torpaqlarımızda daşı daş üstə qoymayıblar, Azərbaycan xalqına tarixin görmədiyi dərəcədə böyük ziyan vurublar. Amma biz yenə sülhpərvər millət olduğumuzu göstərərək sülh üçün çalışdıq və bu gün də çalışırıq.

“Azərbaycanda belə beynəlxalq yarışlar olur və orada uğur qazanan erməni idmançılar Azərbaycan rəsmiləri tərəfindən təltif olunur. Dünyada erməniləri himayə edən mərkəzlər bunu görməlidirlər. Erməniləri kimlər, niyə himayə edir? Söhbət bir tərəfdən sülhdən, demokratiyadan, insan haqlarından danışaraq digər tərəfdən millətin bütün varlığını yox etməyə çalışan bir erməni siyasətindən gedir. Əlbəttə, bu cür mötəbər beynəlxalq tədbirlərin Ermənistanda keçirilməməsi üçün məsələ qaldırılmalıdır. Biz beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, Ermənistan nifrət siyasətini artıq dövlət siyasətinə çevirmiş bir ölkədir.

Xudaferin.eu

16:20