Televiziyalar yayımı kəsdi, Putinin əmri oxundu - Rus qoşunları...

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.

Xudaferin.eu xəbər verir ki, prezidenti daşıyan təyyarə Aralıq dənizi sahillərindəki Rus hərbi bazası Hmeymimdə eniş edib.

Rəsmi Moskva Putinin suriyalı həmkarı Bəşər Əsədlə görüşdüyünü bildirib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, Putin vətəndaş müharibəsinin davam etdiyi Suriyadan Rusiya hərbi qüvvələrini çıxarmağı əmr edib.

2015-ci ilin sentyabr ayından etibarən Suriya ordusuna dəstək verən Rusiya, terror təşkilatı İŞİD-in Suriya torpaqlarından təmizlənməsində böyük rol oynayıb.

Xudaferin.eu
 

21:37