“Telegram”da baş vermiş problemin səbəbi açıqlanıb – YENİLƏNİB

“Telegram” messencerində baş vermiş problemə Amsterdamın əyalətlərində elektrik enerjisinin kəsilməsi səbəb olub.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə messencerin Twitter-də dərc edilmiş məlumatında qeyd edilir.

“Telegram” nümayəndələri istifadəçilərdən yaranmış problemə görə üzr istəyib.

Aprelin 29-da messencerin işində nasazlıqlar yaranıb.

Avropa, Misir, Küveyt və Rusiyada “Telegram”a giriş mümkün olmayıb.

Həmçinin “Telegram”a giriş Azərbaycanda da problem yaradıb.

Xudaferin.eu

14:15