Teleaparıcı Ərdoğana görə qovuldu

Tailandın “Digital TV 28” telekanalının aparıcısı xəbərlər proqramında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan haqqında qərəzli fikirlər söylədiyinə görə efirdən kənarlaşdırılıb.

Xudaferin.eu-nun verdiyi xəbərə görə, bundan sonra mediaholdinq rəhbərliyi Pxirapxon Eariyakunu Türkiyə səfirliyinə gətirərək bu ölkənin səfiri Evrən Dağdələn Ağgündən şəxsən üzr istəməyə məcbur edilib.

Cəzanın təşəbbüskarı Tailandın “Müsəlmanlar sülh naminə fondu” ictimai Birliyi olub.

Bu təşkilatın mediaholdinq rəhbərliyinə ünvanlandığı şikayətə səbəb isə Pxirapxon Eariyakunun idman proqramlarının birində Almaniya futbol millisinin türk əsilli oyunçusu Məsud Özilin ünvanına milli zəmində səslənən təhqiramiz ifadələri təkrarlaması olub. Bu təhqirlər isə Özüilin dünya çempionatından öncə Ərdoğanla çəkdirdiyi fotolardan sonra meydana gəlib.

Xudaferin.eu

11:04