Tehranın GÜCLÜ AZƏRBAYCAN xofu

İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana gəlib-getdikdən dərhal sonra İran prezidenti Həsən Ruhani Ermənistana səfər etdi.Səfərdən əvvəl iranlı diplomatlar dedilər ki, gərək Azərbaycan Netanyahunun səfərini qəbul etməyəydi.Bu o demək idi ki, Həsən Ruhani sırf Azərbaycanda qıcıq yaratmaq üçün İrəvana gedib. Elə Ermənistanın paytaxtında “İranla Ermənistan eyni mədəniyyətə, tarixə malik ölkələrdir”, mesajını verən Ruhani səfərin əsl niyyətini açıqladı. Ermənistan SSRİ-dən çıxdıqdan sonra bu ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən biri İran idi. Tehran İrəvanla diplomatik əlaqələri o vaxt (1992-ci il) qurdu ki, Dağlıq Qarabağda qanlı savaş gedirdi. Diplomatik sazişin imzalanmasından 15 gün sonra erməni-rus birləşmələri Xocalıda əsrin ən dəhşətli soyqırımına imza atdılar.Şübhəsiz ki, hərtərəfli strateji əlaqələrin fundamental dinamikasını İranın Azərbaycana olan soyuq və aqressiv münasibətləri təşkil edirdi.İran müstəqil olan Azərbaycanı özü üçün təhlükə olaraq görür.Molla rejimi hesab edir ki, Güney Milli Azadlıq Hərəkatını Qarabağ məsələsinin həll olunmasıyla Azərbaycan öz xeyrinə yönəldəcək.Buna görə də “düşmənimin düşməni mənim dostumdur” prinsipiylə Ermənistandan Azərbaycana qarşı şantaj vasitəsi kimi istifadə etməyə başladı.Hakimiyyətdə islahatçılar, yaxud mühafizəkarların olmasından asılı olmayaraq bu strategiyanı dəyişmir. Türkiyə 1993-cü ildə Azərbaycan ərazilərini işğal etdiyinə görə, sərhədləri Ermənistanın üzünə bağladı. Regionda Gürcüstandan sonra yeganə dövlət İran idi ki, işğalçıya dünyaya açılması üçün nəfəslik verdi. Üstəgəl, savaşda Ermənistana hər cür yardım etdi, üzdə bitərəf, altdan ermənipərəst mövqe tutaraq Ermənistanla münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdı.

Səfəvi xofu

Güneydə yaşayan 35 milyondan çox Azərbaycan türkünün kəskin reaksiyasını üzərinə çəkməmək üçün Ermənistanın Qarabağda keçirdiyi hərbi əməliyyatlara gizli dəstək verdi. Erməniləri təbii qaz və neftlə təmin etdi.Türkiyə və Azərbaycanın işğalçı Ermənistana embarqo qoymasına dəstək vermək əvəzinə iranlı rəsmilər həmin vaxt İrəvana səfər edərək ikitərəfli ticarət əlaqələrinə dair saziş imzaladılar.İran Ermənistanı Azərbaycana qarşı təhlükəsizlik zolağı kimi görür.Çünki hələ də Azərbaycana münasibətdə parçasını orta əsr arşını ilə ölçən molla rejimi o qravürə inanır ki, Azərbaycan Güneyi və digər qonşu dövlətlərin işğalı altında olan əraziləri geri qaytarmaqla Səfəvilər İmperiyasını yenidən bərpa edəcək.Bir sıra hallarda Azərbaycanda Səfəvilərdən bəhs edən tele-serialın çəkilməsi məsələsi gündəmə gələndə keçirdiyi narahatlıq da bundan qaynaqlanır.Adını xəritədən silməyə and içdiyi İsraili də Azərbaycana buna yardım etməyə çalışmaqda ittiham edir.Ən böyük məsələlərdə belə siyasi düşüncəsi və gələcəyi görmək bacarığı olmayan molla rejiminə görə, Azərbaycanın öndərliyində imperiya qurmağa çalışan İsrail İranı tarixdən silməyi hədəfləyir.

Məzhəbçi qorxu

İranın Ermənistana dəstək verməsi faktları ifşa olunduqca, Güney Azərbaycan ayaqlandı.Molla rejimi qorxurdu. Çünki Güney şəhərləri ilə yanaşı Tehranda da türklərin fars hakimiyyətinin ermənipərəst siyasətinə qarşı etirazlar başlamışdı. Nəticədə Tehran üzdə bir qədər yumşalmağa başladı.Tərəflərə vasitəçilik missiyasını təklif edərək, əlatdan da Ermənistana dəstəyi davam etdirdi. Halbuki xarici siyasətdə məzhəbçi baxışlarında radikallığı ilə seçilən İran Azərbaycanı dəstəkləməliydi.Yüz minlərlə insanın ölümündə məsuliyyət daşıyan Suriya rejiminin başçısı Bəşər Əsədi də buna görə, iqtidarda saxlamağa çalışır.Azərbaycan da şiələrin çoxluq təşkil etdiyi dövlətdir, məntiqlə molla rejimi bunu nəzərə alıb, Ermənistana sərhədlərini bağlamalıydı.Amma bağlamır, çünki Qarabağ məsələsini öz təhlükəsizliyi kontekstində dəyərləndirirdi. Əgər İran siyasət masasında həqiqətən məzhəbçi idisə, o zaman Pakistanla Hindistan arasında az qala 1 əsrdir davam edən Kəşmir münaqişəsi və Rusiyanın Çeçenistanda müsəlman soyırımlarına da dindar baxış ortaya qoyardı. Kəşmir məsələsinə qarışmır, çünki Pakistan nüvə dövlətidir və ən xırda etirazda İranı cəzalandıra bilər. Çeçenistan münaqişəsinə də Rusiya faktoruna görə, girişmir.Bilir ki, buna etiraz etsə İran çətin duruma düşəcək.Nüvə stansiyaları Rusiyanın əlindədir, digər yandan da dünya gücləri - ABŞ və İsraillə düşmən münasibətdədir.İranı da meydanda yeganə dəstəkləyən güc Rusiyadır.Fələstin nümunəsi də var. Fələstin isə sünnilərin çoxluq təşkil etdiyi dövlətdir.Amma İranın siyasi şiə rejimi Fələstini dəstəkləyir.Çünki Fələstin İsraillə müharibə aparır.Yəni, mollaların çirkli planları və bunun içində qorxu varsa, məzhəb libasından çıxmağı bacarırlar.

Qarabağdan Xəzərə

1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalanda İran rahat nəfəs almağa başladı.Çünki Tehrana görə, bu, Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalının rəsmiləşdirilməsi idi.Yəni, molla rejimi inanmırdı ki, münaqişə tezliklə həll olunacaq və bu, xeyli vaxt aparacaq ki, Azərbaycanın başı özünə qarışacaq, beləcə də Güney məsələsini unudacaq. Lakin mollalar bu dəfə də sakit dayanmadılar. Müharibədən qismən başı açılmış Azərbaycanın Xəzər dənizindən dünyaya neft-qaz ixracına başlamasına qarşı çıxdı, bizi özünə rəqib kimi gördü.“Xəzərin statusun yenidən müyyən olunması” məsələsini masaya ataraq, Azərbaycanın iqtisadi olaraq bölgənin güc mərkəzi olması istəklərinə əngəl törətməyə çalışdı.Elə bu məqsədlə Azərbaycanın 1994-cü ildə ABŞ və Qərb dövlətləriylə imzaladığı 8 milyard dollarlıq enerji anlaşmasında pay sahibi olmağa çalışdı.Lakin Qərb və Azərbaycan İranı bu sazişə qatmamışdı. Molla rejiminin cığallıq etdiyini nəzərə alan Azərbaycanın 5%-lik pay təklifinə İran “yox” demədi. İran ABŞ-ın Azərbaycanda möhkəmlənməsindən qorxurdu, buna görə prosesdə iştirak etmək istəyirdi.ABŞ və Avropanın neft şirkətləri Azərbaycanda möhkəmləndikcə, İran Rusiya və Ermənistanla qurduğu müttəfiqlik əlaqələrini daha da gücləndirdi.

Türklər və ermənilər

Ermənistanla əlaqələrini inkişaf etdirən molla rejimi digər yandan İranda yaşayan Azərbaycan türklərini aşağılayan və qıcığına səbəb olan qərarlar verirdi. İranda yaşayan 100 min erməniyə univeristet, telekanal, radio, qəzet, orta məktəblər, mədəniyyət evləri açmağa icazə verən Tehran 35 milyon türkün bütün konstitusion haqlarını məhdudlaşdıracaq qanunlar qəbul etdi. Üstəgəl ermənləri hakimiyyətin yuxarı eşolonuna çəkərək, keçirilən Parlament seçkilərin nəticələrini türklərin yaşadıqları bölgələrdə ermənilər və kürdlərin lehinə saxtalaşdırdı.Parlamentdəki türk millət vəkillərinin sayı kəskin şəkildə azaldıldı.İranın təzyiqçi siyasətinin arxasında türkləri sıxışdırmaq və siyasi səhnədən uzaqlaşdırmaq niyyəti ilə yanaşı ermənilərə dəstək verməklə ABŞ və Avropadakı erməni diaspor təşkilatlarının dəstəyini qazanmaq məqsədi vardı.Əsl plan da erməni diasporu və lobbisi vasitəsilə nüvə proqramını Qərbə qəbul etdirməkdi. Amma plan baş tutmadı, sonda molla rejimi onunla eyni jarqonda danışan Səddam Hüseyn və Qəddafinin qorxulu aqibətini nəzərə alaraq, ABŞ qarşısından geri çəkildi. Lakin yenə də türklərin əleyhinə ermənilərə dəstək verməkdən və siyasi səhnədə yüksəlməsinə yönəlik çalışmalarından imtina etmir.

“Xilasedici missiya”

Beləliklə, İran Qarabağ məsələsini təhlükəsizliyi və Azərbaycanı özünə yaxınlaşdırmaq prizmasından dəyərləndirir.Şübhəsiz ki, İranın Ermənistana nəzərə çarpacaq dərəcədə isti münasibəti haqlı olaraq, Azərbaycanın xoşuna gəlmir. Özünün etdiyi yanlışları və tarixi səhvlərini görmək istəməyən molla rejimi İsraildən Azərbaycana bir nəfər gələn kimi bunu özünə qarşı təhlükə hesab edir və Azərbaycanı “din qardaşlığına” xəyanətdə ittiham edir. Əgər İran həqiqətən din qardaşlığı istəyirdisə, o zaman ermənilər 1990-cı illərdə Dağlıq Qarabağda məscidləri, mədrəsələri, ziyarətgahları, pirləri yerlə-yeksan edəndə onlara “dur” deməliydi, saman altından su yeritməzdi.İndi də bu çirkin siyasətindən əl çəkmir. Əksinə münaqişəni Qərb və Rusiyanın təsir dairəsindən çıxararaq, təktərəfli formada vasitəçilik missiyasını üzərinə götürmək istəyir ki, problem onun maraqları yönündə - Azərbaycan öz ərazilərinin böyük hissəsini itirmək bahasına həllini tapsın.İranın bu missiyanı hansı formada etdiyinin ağrısını bir dəfə 1992-ci ildə çəkmişik. Həmin il Tehranda Ermənistanla Azərbaycanın atəşkəs sazişi imzalamalarına nail olan İranın “xilasedici mələk” missiyasının son nəticəsində Şuşanı itirdik.

Mənsur Rəğbətoğlu
Cebhe.info

16:51