Tehranda silahlı çatışma, bomba patlaması 12 ölü ,40 yaralı

 

 

İyunun 7-si saat 10.30 radələrində rejimin parlamentinə və Tehranın günyində yerləşən İran mollakratiya rejiminin təməlini qoymuş Xomeyninin məzarına qarşı silahlı hücum olub.

Mollakrat-fars rejiminin parlamenti və Xomeynin məzarı silahli şəxslərin hədəfi olub. Fars molla rejiminin təhlükəsizlik qüvvələri ilə silahlı saldırılar aparanlar arasında baş verən qarşıdurma günorta saat 2 radələrində başa çatıb və 4 silahlı hücumçu və neçə mollakrat rejiminin təhlükəsizlik qüvvələrindən ölənlər var. Eyni zamanda 40 nəfər də yaralanıb.

Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikov silahları ilə atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar. Atışma zamanı hücumçulardan biri intihar məqsədi ilə özünü partladıb. Hücumçulardan 3-ü isə parlament binasının quzey hissəsindəki korpuslardan birinə qaçaraq bir neçə nəfəri girov götürüb. Eyni hücum Tehranın güneyində yerləşən Xomeyninin məqbərəsinə də edilib. Biri qadın olmaqla üç silahlı şəxs məqbərəyə daxil olaraq mühafizəçi qüvvələrə atəş açıblar. Hücum edənlərdən biri isə özünü partlatıb.   Hər iki olayda ən azı 12 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Parlamentə hücum zamanı öldürülən mülki şəxslərdən biri Güney Azərbaycandan olan  millət vəkili Hadi Bahadurinin ofisinin katibi Həmid İmdadidir. Bu yöndə ilk açıqlamanı  Bəykəndi millət vəkili Osmani sosial şəbəkədə paylaşıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:35