Tehran titrədi,21 Azər qutlandı, Azərbaycan Bayrağı dalğalandı

Tehran yenidən titrədi, 21 Azər qutlandı, Azərbaycan Bayrağı qaldırldı və sonucda Milli İstiqlal Marşı 50 min insanın ifasında səsləndi. Güney Azərbaycanın milli takımı kimi sevilən  “Traxtur” futbol komandası Tehranda farsların  “İstiqlal”ı takımını  2-1 hesabı ilə əzib keçib. Tehran baş tutan bu oyunda oyunu syer etməyə gələn tamaşaçıların çoxu burada yaşayan soydaşlarımız olmuşlar.

İranın futbol üzrə super liqa yarışlarının 13-cü həftəsində keçirilən yarışda Tehranın “Azadi” futbol stadionunda Azərbaycan Türkləri milli şüarlar və Azərbaycan bayrağı altında baş tutub. “Traxtur” takımının azərkeşləri olan soydaşlarımız əllərində 1945-cı ildəki “21 Azər” İnqilabını yad edərək Azərbaycan Milli Hökumətinin yaranmasının 70 illik tarixini anıblar. Stadionda Milli Hökumətin liderlərinin şəkillərini qaldırblar. Gözləndiyi kimin “İstiqlal” takımının tərəfdarlarından ibarət və farslardan ibarət azərkeşlər Türklərə, “Traxtur” takımına və onun yandaşlarına qarşı ırqçı şüarlar və söyüş səsləndirsələr də istədiklərinə nail ola bilməyiblər. “Traxtur” takımının hücumçusu Fərzad Hatəmi 55 və 68-ci dəqiqələrdə, “İstiqlal”ın hücumçusu Kavə Rzayi 7-ci dəqiqədə qol vurublar. Bu oyundan sonra  “Traxtur” 27 xalla yarış cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Xudaferin.eu

13:22