Tehran rejimindən Güney Azərbaycana qarşı yeni xəyanət

İran mollakratiya rejimi Güney Azərbaycan boyunca hərbi bazalarını Rusiyanın istifadəsinə verir

İran mollakratiya rejimi Orta Doğuda öz mövqelərini gücləndirmək, bununla yanaşı, həm də mövcud hakimiyyətini qorumaq üçün, yeni hiyləgər təxribatlara əl atıb. Adı çəkilən bu təxribaxtlardan biri də Güney Azərbaycan Milli Hərəkatını diz üstə çökdürmək, Güney Azərbaycanın sosial-iqtisadi həyatını daha da dözülməz həddə çatdırmaqdan ibarətdir.   
Ötən həftə İran mollakratiya rejiminin müdafiə Naziri Hüseyn Dehgan Rusiyanın rəsmi dövlət televiziya kanalı ORT-yə verdiği müsahibəsində bildirib ki, rəsmi Tehran əgər Moskva istərsə, Rusiyaya yenidən Həmədandakı hərbi hava bazasını qulanmasına izin verəcək.
Qeyd edək ki, Rusiya ötən ilin avqust ayında Güney Azərbaycanın Həmədan şəhərində yerləşən hərbi hava bazasından Suriya muxalif güclərinə qarşı hava hərakatı keçirmişdi. İran adlanan ölkənin yetkililəri daha sonra Rusyanın bu hərəkətini xalqa açıqlama qonusunda düşdüğü görüş ayrılığı nədəni ilə bazanın Rusiya tərəfindən qullanmasını durdurmuşdu.
O da bəllidir ki, Orta Doğuda baş verən son illərdəki proseslər artıq Tehran rejiminin astanasındadır. Artıq bu dövlətin içində yer alan bütün toplumlar “pəhləvilər” diktaturası və indiki “mollakratiya rejimi dönəmlərindəki kimi yaşamaq istəmirlər. Bəlucstan, Güney Azərbaycan, Xorasan Türkmən, Loristan, Xuzistan kimi nəhəng bölgələr sosial-iqtisadi azadlıqları ilə yanaşı, həm də milli özgürlükləri üçün Tehran rejiminə qarşı dirənişlərə başlayıblar. Bu da “Qorxulu Tehran”ın özünün qorxuya salıb.

Xudaferin.eu 
Güney Azərbaycan, “Təbriz Bürosu”

11:50