Tehran rejimi Rusyadan 149 ton uranium oksid alacaq

 

İran mollakratiya rejimi Rusiyadan Uluslararası Atom Enerjisi Ajansı (UAEA) gözətimi altında 5 kiloqram 20 faiz zənginləşdirilmiş uranium və nükleer təsislərində yanacaq olaraq istifadə edən 149 ton üyüdülmüş uranium oksid alacaq. Bu ölkənin “Atom Enerjisi Təşkilatı”nin başçının köməkçisi Əsgər Zareian nüklər müqaviləyə uyğun olaraq Rusiyadan alınan və “sarı kek” adı verilən 149 ton üyüdülmüş uraniyomun bu gün özlərinə təslim ediləcəyini bildirib.
Rusiyadan 5 kiloqram 20 faiz zənginləşdirilmiş uraniomun alınacağını bildirən Zareian, “Tehrandakı 3 nüvə yanacaq kompleksinə radioaktiv izotop istehsal etmək məqsədilə 20 faiz zənginləşdirilmiş 5 kiloqram uraniom Uluslararası Atom Enerjisi Ajansı gözətimi altında ölkəyə daxil olunacaq. Ehtiyac duyulması halında UAEA nin bilgisi daxilində daha çox yüzdə 20 nisbətində zənginləşdirilmiş uraniyom alabiləriq” dedi.

Zareian, sözügedən uraniomun nüklər müqavilə çərçivəsində Rusiyaya göndərdiyi yüzdə 20 nisbətində zənginləşdirilmiş uraniomun bir bölümü olduğunu bildirdi. P5+1 ölkələri arasında 14 İyul 2015-ci ildə Avstriyanın başkəndi Vyanada imzalanan nüklər müqaviləsinə əsasən Tehran yönətimi, nüklər proqramını gəlişdirmə çabalarının bir parçası kimi uraniumun 3,67 faiz səviyyəsinin üzərində zənginləşdirmir. Tehran rejimi daha əvvəl də Rusiyaya təxminən 11 ton aşağı səviyyəli zənginləşdirilmiş uraniom göndərmiş, bunun qarşılığında da Rusiyadan 197 ton “sarı tort” almışdı. Uranium filizinin saflaşdırılmasıyla çatılan və “sarı kek” adlanan üyüdülmüş uraniyom oksid, nüklər təsislərdə yanacaq kimi istifadə edilir.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

09:21