Tehran mollakratiya rejimindən Türkiyəyə yeni xəyanət planı

 

Ankara-Amsterdam gərginliyindən yararlanaraq təxribat kampanyasını başladıb

Ankara-Amsterdam qarşıdurmasının davam etdiyi bir vaxtda qorxulu Tehran fürsətdən yararlanaraq, Türkiyəyə qarşı təxribat dolu kampanyaları başladıb. Bütünn bunlar azmış kimi hətta bir sıra ittihamlar səslənsdirib. İlk təxribat molakratiya rejiminin dış işlər bakanlığı atıb. Martın 12-də bəyanat yayaraq Novruz Bayramı tətillərində Türkiyəyə səfər etmək istəyən ölkə vətəndaşlarına bu ölkəyə getməmələri və orada təhlükəsizliyin təminatının olmadığını bildirib.
Həmin acılamada belə deyilir: “Türkiyəyə səfər edən İran vətəndaşları ehtiyatlı olmalıdır. Son aylar Türkiyədə baş verən olayları və bu ölkədə təhlükəsizlik məsələləri ilə bağlı durumu nəzərə alaraq bildiririk ki, kimsə bu ərəfədə qonşu ölkəyə getməsin. Əgər hər hansı bir səbəbə görə Türkiyəyə səfər etmək istəyirlərsə, gərəkən ehtiyat tədbirlərini  nəzərə alsınlar”.

Bununla yanaşı, Tehran mollakratiya rejiminin təbliğatını aparan mətbuat da dərhal bu yöndə hərəkətə keçmişdir. Faktiki olaraq, Tehranda çap olunan bütün qəzetlər Türkiyəni cəhənəmə bənzədərək bu ölkəni terrorizmin yuvası adlandırıb. Rejimin mediası hal hazırda böyük bir təbliğat maşınını işə salıb.

Mollakratiya rejiminin mediyası ilə yanaşı, parlament də anti Türkiyə təbliğatlarına başlayıb. Parlamentin “Milli Təhlükəsizlik Komissiyası”nın sözçüsü Seyid Hüseyn Nəqəvi Hüseyni martın 13-də yerli jurnalistlərə açıqlamasında bildirib ki: “Türkiyədə son durum olduqca kirtikdir. İran vətəndaşlarının turist olaraq, qonşu ölkəyə səfər etmələri məsləhət deyil. Türkiyə polisi və sərhədçiləri iranlı turistlərlə hər zaman olduğu kimi kobud davranır, onları təhqir edir. Türkiyə bununla yanaşı, turistlər üçün təhlükəsiz bir ölkə sayılmır. Bu ölkədə vəziyyət qeyri-sabitdir. Əmniyət yoxdur və şərait münasib deyil”.

Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin bu təxribatlara qarşı açıqlama yayaraq bildirib ki: “Bir sıra İran siyasətçilərinin ölkə vətəndaşlarına Novruz Bayramı günlərində Türkiyəyə istirahətə getməmələri barədə çağırışları dostluq və mehriban qonşuluq ruhuna cavab vermir. Hər bir kəs harada istirahət edəcəyini özü seçməlidir. Biz İran hökumətindən Türkiyəyə turist axınını təşviq etməsini gözləmirik. Amma Türkiyəyə gəlmək istəyənlərin də qarşısını almaq düzgün deyil. Türkiyəni qaralamaq, burada istirahət etmək istəyənlərə maneə törətmək qəbul olunmazdır”.
Səfirin sözlərinə görə, Türkiyədə istirahəti tənqid edənlər arasında turizm sahəsində tendensiyalarla bağlı narahat olan bir sıra İran rəsmiləri də var.
Mollakratiya rejiminin parlamentinin sədri Əli Laricani də Türkiyə ilə ilgili bəyanatında ölkə vətəndaşlarının turist olaraq səfər etdikləri qonşu ölkədə diqqətli olmasını bildirib. Ankaradan son zamanlar İranla bağlı verilən bəyanatların qonşuluq münasibətlərinə yaraşmadığını qeyd edən Əli Laricani ölkə vətəndaşlarına “Türkiyəyə getməyin!” çağırışı edib. O, özünün bu uydurma fikirlərinə haqq qazandırmaq üçün İranın soyuqqanlı davrandığını söyləyib: “Xalqımızın təhlükəsizliyini qorumaq üçün xəbərdarlıq etmək məcburiyyətindəyik”.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

10:06