Tehran mollakratiya rejimindən Türkcə kitablara basqılar artmağa başlayıb

 

Güney Azərbaycanlı soydaşlarımızdan aldığımız ürək dağlayan olayları baxışlarınıza çatdırırıq. Bu xəbəri Quzey Azərbaycanda İran mollalarının aftabasını götürən düşük və danabaş yurddaşlarımıza da oxudun.

Tehran Beynəlxalq Kitab Sərgisində Güney Azərbaycandan iştirak edən bir Nəşriyyata hücum edilib və bu haqsızlığa etiraz edən iki azərbaycanlı fəal tutuqlanıb. İki gün öncə “Tehran beynəlxalq kitab sergisi”ndə Güney Azərbaycandan olan bir nəşriyyata hücum hadisəsindən sonra, bu olaya öz etirazlarını bildirmək istəyən Güney Azərbaycanlı fəallardan iki nəfər polis tərəfindən saxlanılıb. İslam Məliki və Kazım Səfabəxş adlı bu iki fəal bir çox digər soydaşlarımızla birgə dəstəklərini bildirmək məqsədi ilə sərgidə iştirak edən Güney Azərbaycan nəşriyyatlarının qarşısına toplaşıblar. Fəalların vəziyyəti və harada saxlanılması ilə bağlı hələlik heç bir xəbər yoxdur.

İki gün öncə, 7 may tarixində 30 nəfərdən çox ifrat fars şovinist qrup “Tehran Beynəlxalq kitab sərgisi”ndə Güney Azərbaycandan olan “Azər-Türk” adlı nəşriyyatına qarşı hücum edərək nəşriyyatın direktoru Eynullah Şərifpur və oradan kitab alan insanları döyüb və təhqir ediblər. Onlar nəşriyyatın adını qaralayıb Azərbaycan və Türklərə qarşı çoxlu söyüş və təhqiraimiz şüarlar səsləndiriblər.  "Hakimiyyətin yuxarı təbəqəsi tərəfindən izn versə sizin hamınızı məhv edib yandırarıq" kimi ifadələrlə təhdid ediblər. Bu olay azmış kimi, “Azər-Türk” nəşriyyatından sonra Güney Azərbaycana məxsus digər nəşriyyatları da təhdid ediblər.

Baş verənləri polis görsə də bu olaya heç bir müdaxilə etməmişdir. Bu olay zamanı hücum edənlərdən birinin kimliyi də artıq bəllidir. “Panfarsist” adlı qrupun başçısı Höccət Kəlaşi özünün “insatagram” səhifəsində “Azər-Türk” nəşriyyatının fəaliyyətinə izn verən İran İrşad və Mədəniyyət Nazirliyini məhkəməyə verəcəyini də yazmışdır.

Qeyd edək ki, “Azər-Türk” nəşriyyatı 2014-cü ildən fəaliyyət göstərir. Üç il ərzində bir çox əsərlər, özəlliklə Güney və Quzey Azərbaycanlı yazar və şairlərin kitablarını nəşr edibdir. İsmayıl Şıxlı, Ramiz Rövşən, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Söhrab Tahir, Səid Qurban, Molla Pənah Vaqif, Məmməd Araz, Hamlet İsaxanlı və digər yazar-şairlərin əsərləri “Azər-Türk” nəşriyyatının yaydığı əsərlərdəndir.

İranın ən böyük kitab sərgisi olan “Tehran beynəlxalq kitab sərgisi” may ayının 2-12 tarixlərində 10 günlük müddətinə nümayiş olunan beynəlxalq miqyaslı bir sərgidir. Azərbaycan Türkcəsində kitab nəşr edən çox az saylı nəşriyyat hər il keçirilən bu kitab sərgisində iştirak etmək haqqı qazana bilir. Tehran mollakratiya rejimi tərəfindən daim Azərbaycanlılar və digər türk toplumların mədəni fəaliyyətlərinə olan qadağa, hücum, təzyiq və təqiblərlə üzləşirlər. Elə bu ilin fevral ayında Qum şəhərində keçirilən kitab sərgisində oxşar hadisə baş vermişdi. “Savalan İgidləri Nəşriyyatı”nın sərgidə iştirak etməsinə mane olan ifrat fars irqçilər “belə işləri unudun, siz türklər nəfəs çəkirsinizsə, yetər” kimi ifadələrlə nəşriyyat işçilərini təhdid etmişdilər.

Xudaferin.eu

11:55