TEAS “Qarabağ” futbol komandası haqqında filmin Avropa premyerasını təşkil edəcək
Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyəti (TEAS) iyunun 22-də amerikalı jurnalist, “Azərbaycan gündəliyi” kitabının müəllifi Tomas Qoltsun “Qarabağ” qaçqın futbol komandası haqqında çəkdiyi “On Aggregate” (“Məcmu”) filminin (treyleri http://bit.ly/onaggregatetrailer linkindən izləmək olar) Avropa premyerasını təşkil edəcək. Bu barədə məlumatı TEAS öz “facebook” səhifəsində paylaşıb.
Film Londonda “Chelsea” futbol klubunun Stemford Bric stadionunun yeni “The Blues” meydançasında nümayiş etdiriləcək. Azarkeşlər tərəfindən “Atlılar” kimi tanınan “Qarabağ” qaçqın futbol komandası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 24 ildir ki, doğma yurdundan kənarda fəaliyyət göstərir. Komanda Bakıya köçməyə məcbur olsa da, fəaliyyətini əzmlə davam etdirir, gücünü daha da artırır. Komanda 2014-cü ildə Avropa Liqasında böyük uğur qazanıb. Tomas Qolts filmdə təkcə futbol mövzusuna toxunmayıb, eləcə də “Qarabağ”ın təmsil etdiyi region haqqında danışıb. Filmin Avropa premyerasında rejissor Tomas Qolts iştirak edəcək.

Xudaferin.eu
“Avropa Bürosu”
09:21
Digər xəbərlər