“Təbəssüm” rəqs qrupu Tiflisdə keçirilən beynəlxalq festivalda

 

Tbilisidə tanınmış rəqqas və baletmeystr Vaxtanq Çabukiani adına IV beynəlxalq xoreoqrafiya festivalı başlayıb. Festivalda Azərbaycanı Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupu təmsil edir.

İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində keçirilən festivalda 9-13, 14-18 və 19-25 yaş qruplarında rəqqaslar yarışacaqlar. “Təbəssüm” qrupunun ifa etdiyi “Bayram” və “Basqalı” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Yaradıcılıq mərkəzinin müdiri Əminə Musayeva deyib: “Rəqs qrupumuz bu festivala ciddi hazırlaşıb. Beynəlxalq münsiflər heyəti azərbaycanlı uşaqların ifalarını çox bəyəniblər. İnanıram ki, festivaldan mükafatsız ayrılmayacağıq”.

Onun sözlərinə görə, “Təbəssüm” rəqs qrupu aprelin 13-də qardaş Türkiyədə keçiriləcək “TRT 23 aprel uşaq bayramı”ında iştirak edəcək. “Təbəssüm” rəqs qrupunun üzvləri aprelin 1-də Tiflisdəki Azərbaycanlı Məktəbli Gənclər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Ceyran” rəqs ansamblının üzvləri ilə də görüşüblər. Uşaqlar birgə məşq edib, müxtəlif rəqsləri ifa ediblər.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

06:12