Təbrizli sənətçilər Ankarada bahar şənliyi keçirib

 

İstanbul Azərbaycan Kültür Evi yazın gəlişini martın 11-də Ankarada təşkil etdiyi “Təbrizdən Əsintilər” adlı konsertlə qeyd edib.

Nazım Hikmet Kültür və Konqres Mərkəzində keçirilən konsertin orkestr rəhbərliyini, Anadolu xəbər agentliyinə istinadən, Cavad Abrahan həyata keçirib. Konsertdə Azərbaycanın məşhur mahnılarını ifa edən təbrizli müğənnilər Sevda Sonay, Sonay Ruhi, Sara Əhmədian (Koral) və Xosrov Əmirini “Əskişəhər Oda Orkestri” müşayiət edib.

Sonay Ruhi, Sara Koral və Xosrov Əmiri müsahibsində Güney Azərbaycanda basqı və çətinliklərə məruz qaldıqlarını və sənət fəaliyyətlərinə icazə verilmədiyi üçün ölkəni tərk etdiklərini ifadə ediblər. Sonay Ruhi və Sara Koral müsahibədə İranda qadın sənətçilərin fəaliyyətləri üzərində qadağalar haqqında danışıblar.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

 

09:43