Təbrizdə Zəfər Günü və “Şuşa İli” münasibətilə tədbir təşkil olunub
Azərbaycanın Təbriz şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və “Şuşa İli” münasibətilə tədbir keçirilib. “Şəhriyar” mehmanxanasında keçirilən tədbirdə “Biz” sənədli filmi nümayiş etdirilib və “Mədəniyyət paytaxtımız Şuşa -270” adlı fotosərgi təşkil olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə İranın Şərqi Azərbaycan valiliyinin nümayəndəsi, mədəniyyət və islami irşad idarəsinin rəis müavini, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri və əməkdaşları, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulluğunun kollektivi, yerli mətbuat, mədəniyyət və ictimaiyyət nümayəndələri, İranda fəaliyyət göstərən azərbaycanlı iş adamları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Əliyyənnağı Hüseynov çıxış edərək Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı qələbədən danışıb. Qeyd olunub ki, 8 noyabr tarixi 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgərlərinin misilsiz qəhrəmanlıq göstərərək Şuşa şəhərini azad etdiyi gündür. Bununla da işğalçı Ermənistan öz məğlubiyyətini qəbul etmək və kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalıb. Azərbaycan Respublikası 30 ilə yaxın dövr ərzində böyük həsrətlə gözlədiyi bu şanlı zəfəri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanmışdır. Eyni zamanda, 2022-ci il əziz Şuşamızın 270 illik yubileyidir. Bu münasibətlə Prezident İlham Əliyevin Sərəncamı ilə cari il Azərbaycanda “Şuşa İli” elan olunub. Qarabağın tacı olan Şuşa Azərbaycan xalqı üçün müqəddəs və əziz məkandır.
Ə.Hüseynov 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təşkil olunan film nümayişinin və fotosərginin qürur və iftixar hissimizi daha da artıracağına, Qələbə sevincimizə sevinc qatacağına və ikitərəfli mədəni əlaqələrimizə mühüm töhfə olacağına ümidvar olduğunu bildirib.
Filmin nümayişindən sonra “Mədəniyyət paytaxtımız Şuşa -270” adlı fotosərgisi ilə tanışlıq olub. Konsul Nadir Cəfərovun Şuşa ilə bağlı təqdimatı dinlənilib. Hər bir foto haqqında ətraflı məlumat verən diplomat diqqətə çatdırıb ki, Şuşanın azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıb. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun həyatına qovuşacaq.

Rabil Kətanov
Xudaferin.eu
22:38
Digər xəbərlər