Təbrizdə Mürtəza Muradpura özgürlüq istəyənlər tutuqlandılar

Güney Azərbaycanın başkəndi Təbrizdə 61 gündən çoxdur aclıq aksiyası keçirərək İran İslam Respublikası diktaturasının sərt siyasətinə etiraz edən Güney Azərbaycan Milli Hərəkatının gənc fəallarından biri olan Mürətaza Muradpura özgürlük amacı ilə etiraz mitinqi keçirilibdir. Güney Azərbaycan Milli Hərəkatının bir qrup gənc fəalı Mürətaza Muradpurun Təbrizdə saxlanıldığı həbsxananın qarşısında mitinq keçirdikləri zaman rejimin xüsusi cəza dəstələri dərhal amansızcasına və qəddarlıqla etirazçıları dağıtmış və bir neçə fəalı isə həbs etmişlər.

XUDAFERİN.EU-nun “Təbriz Bürosu”nun verdiyi açıqlamaya görə, yerli vaxtla saat 12.00-da “Təbriz İnqilab Məhkəməsi” (Bu fars mollakratiya rejiminin xüsusi cəza və edam qərarlarını verən qurum kimi daha çox tanınır) önündə Murtaza Muradpurun özgürlüyü üçün oturma eyləmi keçirəcəklərini öncə bildirən soydaşlarımız, məhkəmə önündə İran terrorçu rejiminin çoxlusayda  polis qüvvələri qarşılayıb. Məhkəmə önünə toplanmaq istəyən soydaşlarımızın dağılmasını istəyən polis qüvvələri və rejimin xüsusi cəza dəstəsi ilə milli fəallar arasında qarğaşa yaranıb.
XUDAFERİN.EU-nun “Təbriz Bürosu”nun verdiyi bilgiyə görə bu qarğaşa əsnasında  azından Güney Azərbaycan Milli Hərəkatının gənc fəallarından 9 soydaşımız tutuqlanıb. Tutuqlanan soydaşlarımız arasında Hadi Həmidi Şəfiq, Saleh Mollaəbbasi, Ulduz Qasimi, Mehdi Zəncirbulağı, Nima Abbaspur, Əkbər Səmimi, Səcad Xəlilnijad, Əkbər Əbulzadə və soyadı indilik bəlli olmayan Cavad adlı soydaşımız yer alır. Mürtəza Muradpurla görüşməyə aparılan qardaşı Fərdin Muradpurun tutuqlanması qonusunda xəbərlər vardır.
Xatırladaq ki 61 gündür aclıq eyləmi keçirən Mürtəza Murdapur İran adlanan ölkənin cəza qanunun 135-ci madəsininin onun haqqında uyğulanması, bu maddəyə dayanaraq tutuqluluq halınin sonlandırılmasını tələb edir. Panfarsizm və paniranizm siyasdətinə söykəmli ölkənin məhkəmə yetkililəri Mürtəza Muradpurun bu istəyini yerinə yetirməmək üçün min dürlü bəhanələr irəli sürürlər. Aclıq eyləminin 61-ci günündə Murdapurun ailəsi və Güney Azərbaycan Milli Hərəkatı artıq Mürtəza Murdapurun ürək krizi keçirməsindən əndişələnirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

12:51