“Təbriz 2018” ərəfəsində dilənçilər sistemli şəkildə Təbrizə üz tutur
Güney Azərbaycanın başkəndi Təbrizin 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilməsinə rəğmən müxtəlif səbəblərə görə “Təbriz 2018” layihəsinə yetəri qədər hazır deyil. Bunun əsas səbəbi İran rejiminin Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmadığı ilə bağlı olsa da, bu istiqamətdə başqa problemlər də mövcuddur.
Son məlumata görə, “dilənçisiz şəhər” kimi tanınan Təbrizin son vaxtlarda dilənçilərlə dolması bir çoxlarında, hətta bəzi yerli məsullarda şübhə doğurur. Müəyyən şovinist qüvvələrin Azərbaycanın mədəniyyətini hədəfə aldığı guman edilir. Təbrizdə dilənçilərlə bağlı bu şəhərin mədəniyyətinə yaraşmayan səhnələrə şahid olmaq çoxlarının təəccübünə səbəb olub. Dilənçilərin yerli olmadığı, İranın digər bölgələri, hətta Pakistan kimi qonşu ölkələrdən gətirildiyi bildirilir. Onlar yerli olmadıqları üçün özlərini daha sərbəst hiss edir və xoşagəlməz səhnələr yaradaraq Təbrizin “dilənçisiz şəhər” adına xələl gətirirlər. Bu barədə yerli məsullardan bir neçəsi xəbərdarlıq edib. Şərqi Azərbaycanın keçmiş valisi cənab Cabbarzadə digər bölgələrdən gətirilən dilənçilərin “dilənçisiz şəhər”in etibarına xələl gətirdiyini bildirmişdir.
Şərqi Azərbaycan Valisinin siyasi məsələlər üzrə müavini Rəhim Şöhrətifər də bu məsələ ilə bağlı “Mehr News” xəbər agentliyinə danışıb. “Bu dilənçilərin əksəriyyəti Pakistan vətəndaşlarıdır. Onlar əsasən şəhərin giriş və çıxış yolları və dayanacaqlarda dayanırlar. Dilənçilər sistemli şəkildə bu şəhərə gətirildiyi hiss olunur”- deyə o bildirib.
Təbriz Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı bu işlə gizli şəkildə qazanc əldə edənlərə də işarə edib. “Bəziləri Təbrizdə dilənçinin olmaması və şəhərdə olan şəraiti öz məqsədlərinə uyğun gördükləri üçün Pakistan kimi yerlərdən bu şəhərə dilənçi göndərir və bu yolla pul əldə edirlər. İstənilən halda yerli əhalidən xahiş edirik ki, dilənçilərə rast gəlincə səlahiyyət orqanlara xəbər versinlər”- deyə R.Şöhrətifər bildirib.
Təbriz Şəhərində dilənçilərin məsələləri üzrə fəaliyyət göstərən qurumun rəisi cənab Əsməi də “Mehr” xəbər agentliyinin müxbirinə danışıb. “Təbrizin “dilənçisiz şəhər” adına xələl gətirmək olmaz, ona görə də məsullar bu məsələ ilə bağlı lazımi tədbirlər görür. Hətta bir sıra pakistanlı dilənçilər tutularaq xarici vətəndaşların işlərinə baxan idarəyə təhvil verilib. Məsələ ordadır ki, dilənçilər Təbriz əhalisinin mehriban və rəhimli olduğundan sui-istifadə edir və bu şəhərdə qalmağa üstünlük verirlər. Bu vəziyyətdən istifadə edən dilənçilər hər gün təxminən 200 min tümən pul qazanır. Onların əksəriyyəti 10-12 yaşlı qız uşaqlarıdır. Belə hallara rast gələn insanlar 32330808 və 9142088484 nömrələri ilə əlaqə saxlayaraq dilənçilərin olduğu ünvan haqda məlumat verə bilərlər”- deyə qurum rəisi bəyan edib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

Gunaz.TV
15:44
Digər xəbərlər