Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub
Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 19-da Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Sonra X.Xələfov Gürcüstanın Qəhrəmanlar meydanını ziyarət edib, bu ölkənin azadlığı və suverenliyi uğrunda canlarından keçən insanların xatirəsini ehtiramla anıb.
X.Xələfovu Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze, nazirlik və səfirlik əməkdaşları müşayiət ediblər.
Qeyd edək ki, Xələf Xələfovun səfərində məqsəd Azərbaycan ilə Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundunda iştirak etməkdir.

Xətayi Əzizov
Xudaferin.eu

16:32
Digər xəbərlər