Tarkanın Atatürklə bağlı videosu milyonların qəlbini fəth etdi

 

Türkiyə Cümhuriyyətinin banisi və ilk dövlət rəhbəri Mustafa Kamal Atatürkün vəfatının 79-cu ildönümü nədəni olaraq, çağdaş türk pop musiqisinin ünlü ifaçısı Tarkan fərqli bir üslubda öz ifası ilə milyonları heyran etdi.
 

Tarkanla yanaşı, bir çox Atatürkçü sənətçilər  Mustafa Kamal Atatürkün vəfatının ildönümünü hörmətlə yad ediblər. Onlar sosial şəbəkədə Türkiyə Cumhuriyyətinin banisinin şəkillərini paylaşaraq fikirlərini ifadə ediblər. Xüsusilə müğənni Tarkanın instaqramda paylaşdığı mahnı milyonların qəlbini fəth edib. O, əfsanəvi ifaçı Zeki Mürenin "Ah bu gönül arzu eder seni" mahnısını ifa edib. Meqa ulduzun videosu qısa müddətdə bəyənilmə rekordu qırıb.
Tarkan öncələr ifa etdiyi rok-hipap janrından fərqli olaraq, çağdaş türk milli sənətinin təməl prinsipi sayılan alaturka üslubunda ifası ilə tamaşaçıları və sənətsevərləri heyran edib. Onun və digər Atatürkçü müğənnilərin Qazi Mustafa Kamal Atatürkü anma ilə bağlı törənlərə qatılması aşırı dindarların xoşuna gəlməsə də, milyonlarla layiq dövlət və demokratiya tərəfdarı olan insanların bu ünlü müğənnilərə dəstək vermələri artıq günün əsas mövzusuna çevrilmişdir.

Xudaferin.eu
Türkiyə, “İzmir Bürosu” 

 

09:05