Tanınmış skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Gecədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Tahirqızı çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb. Vurğulanıb ki, Zəhra Quliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında yorulmaz əmək sərf edərək musiqi sənətinin inkişafına böyük töhfələr verib. Tanınmış skripkaçının pedaqoji fəaliyyətindən bəhs edən natiq bildirib ki, Z.Quliyeva çoxsaylı musiqi əsərləri ilə də təmsil etdiyi sənətə hər zaman şöhrət gətirib. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə xalq artisti, dünya şöhrətli maestro-dirijor Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri musiqi proqramı ilə çıxış edib.

Xudaferin.eu

12:24