Suyun, benzinin qiymətinin, nəqliyyatda gediş haqqının artması gözlənilir

Suyun, benzinin qiymətinin, nəqliyyatda gediş haqqının artması gözlənilirNatiq Cəfərli: “Sovet dövründən qalma indikatorlar ilə ehtiyac meyarları hesablanır”

Yanvarın 1-dən 105 manat ehtiyac meyarına 11 manat, 136 manat yaşayış minimumuna isə 19 manat əlavə ediləcək. Bu bahalaşma fonunda çüzi bir artım nəyə kömək edəcək, onu demək çətindir. Ancaq görünən odur ki, ölkədə kəskin bahalaşma tendensiyası davam edir. Bu artımlar hesabına bu bahalaşma ilə yaşamaq olarmı, olmazmı? Onu məmurlar hesablasalar, yaxşı olar. Ehtiyac meyarı və yaşayış minimumu üçün müəyyən edilən məbləğin cəmisi heç məmurların birgünülük yox, bir saatlıq əyləncəsini qarşılmağa kifayət etmir. Bakı şəhərində otellərin bir gecəlik kirayəsi neçəyədir, onu hamıdan yaxşı məmurlar bilir. Hansı kasıb bir gecəlik otel pulunu ödəyə bilər ki? Kasıb lazım olan ərzağını ala bilmirsə, heç otellərin qapısından içəri girməyi də xəyalına gətirmir. Manatın devalvasiyasından sonra faktiki olaraq ölkədə əhalinin yaşıyış səviyyəsi bərbad olduğu halda, hökumət təbii qazın və elektrik enerjisinin qiymətini qaldırmaqla bu vəziyyəti daha da ağırlaşdırdı desək, doğru olar. İctimaiyyət, partiya sədrləri bu qərara etiraz etsələr də, hökumət bu qərarın fəsadlarını düşünmədən qərarın icrasını dayandırmadı. Maraqlıdır, ehtiyac meyarı 11 manat, yaşayış minimumu 19 manat qaldırılır. Ancaq təbii qaz il ərzində 1500 kubmetr istifadə etdikdən sonra iki dəfə bahalaşdırılır. Yəni hər kuba görə 10 qəpik deyil, 20 qəpik ödənilməlidir. Hökumətin bu məsələlərdə balansı qorumağa gücü çatmırdısa, pulsuz aldığı təbii qazın qiymətini də qaldırmamalı idi. Suyun, benzinin qiymətinin, nəqliyyatda gediş haqqının artması gözlənilirMovzu ilə bağlı Real Hərəkatının icra katibi Natiq Cəfərli bildirdi ki, yanvar ayının birindən ehtiyac meyarını 11 manat artırmaq istəyirlər: “Ancaq bu bahalaşma fonunda ehtiyac meyarının bu qədər aşağı olması məntiqsizlikdir. Bizdə problem ondan ibarətdir ki, ehtiyac meyarı köhnə indikatorlarla ölçülür. Hətta qonşu ölkələrdə - Gürcüstanda, Rusiyada, Qazaxstanda bu indikatorlar dəyişdirildi. Bizdə isə Sovet dövründən qalma indikatorlar ilə ehtiyac meyarları hesablanır. Bu da doğru yanaşma deyil. Son illərdə ehtiyac meyarının hesablanması çox dəyişib. Avropa standartlarına görə, ehtiyac meyarının hesablanmasında təqribən 600-ə yaxın mal, məhsul daxil olunur. Ancaq bizdə ehtiyac meyarlarını 3 də az hesablayırlar. Ona görə də belə kiçik rəqəm alınır. Əslində bunun da səbəbi çox sadədir. Ehtiyac meyarının aşağı göstərilməsində hökumətin marağı var. Hökumətin marağı ondan ibarətdir ki, ehtiyac meyarı rəsmi rəqəmlərdə nə qədər aşağı göstərilirsə, ondan çıxış edərək də təqaüdlər və büdcədən maliyyələşən insanların əməhaqqı hesablanır. Yəni ehtiyac meyarı qalxdıqca, məcburən təqaüdlər və əməkhaqları da qalxır. Belə bir artıma getmək istəmədiklərinə görə, Azərbaycanda çox köhnəlmiş indikatorlarla aşağı ehtiyac meyarı hesablanır. Əslində bir çox ölkələrdə yaşayış minimumu ilə ehtiyac meyarı eyniləşdirilib. Bizdə isə eyniləşdirilmir. Hesablama qaydalarında rəqəmlərlə oynamaqla, təqaüdlərin və əməkhaqlarının təyinatının təsirini azaldırlar. Ehtiyac meyarı və yaşayış minimumu eyniləşdirilərək, sadəcə, vətəndaş kateqoriyalarına bölünməlidir: işləyən, işləməyən, təqaüdçü və 16 yaşına çatmamış uşaqlar. Bunlar ayrı-ayrı hesablanmalıdr. Manatın kəskin devalvasiyasından sonra dollar ekvivalentində bütün göstəricilərimiz ətraf ölklələrlə müqayisədə kifayət qədər azalıb. Ümumi daxili məhsulun həcmi dollar ekvivalentində kifayət qədər azalıb. Təqribən devalvasiyadan əvvəl ümümi daxili məhsul 70 milyard dolara yaxınlaşırdı. Indi heç 50 milyarda çatmır. Təbiidir ki, dollar ekvivalentində adambaşına düşən ümumi daxili məhsul da azalıb. Orta aylıq əməkhaqqı da ərtaf ölkələrlə müqayisdə dollar ekvivalentində xeyli azalıb. Orta aylıq əməkhaqqı 486 manat, dollar ekvivalentində isə 280 dollardır. Ətraf ölkələrdən xeyli geriləmişik. Bütün makroiqtisadi göstəricilər üzrə son bir ildə Azərbaycanda xeyli dərəcədə geriləmə olub. Gələn ilin büdcəsi dollar ekvivalentində 9 miyard 300 miyon civarında olacaq ki, bu da kifayət qədər kiçik rəqəmdir. Cəmi iki əvəl dollar ekvivalentində büdcəmiz 26 milyarda çatmışdı”.
“Rusiya, Gürcütan, Qazaxstan, Ermənistan, yəni postsovet ölkələrində mili valyutaların dəyərdən düşməsi səviyyəsi bir neçə faizlə ölçülür. Məsələn, Gürcüstanda lari 30 faiz, Ermənistanda dram 25 faiz ucuzlaşıb. Rusiyada son bir ildə rubl sabit qalıb. Cəmi 3-4 faiz ucuzlaşıb. Amma bizim milli valyuta iki dəfədən çox dəyərdən düşüb. Bu da təbii ki, bütün makroiqtisadi gösrəticilərin aşağı düşməsinə ciddi təsir göstərib. Manatın belə ucuzlaşmasına görə, ölkə üzrə adambaşına düşən gəlir 10 min dollardan çox idi. İndi artıq 5 minə enib. Onu da deyim ki, beynəlxalq hesabatların hamısında bütün müqayisələr dollar ekvivalentində aparılır. Həmin hesabat dövründə milli valyutaların dollara olan məzənnə nisbətinə görə aparılır. Açığı, bu nöqteyi-nəzərdən Azərbaycanda bərbad bir durum yaranıb”, - deyə ekspert vurğuladı.
N. Cəfərli onu da qeyd etdi ki, dərmanların qiymətinin qaldırılması məzənnədən yaranan məsələdir: “Yəni manat ucuzlaşdıqca xaricdən gətirilən dərmanlar da manat ekvivalentində qalxır. Ancaq təbii qaz və elektrik enerjisnin qiymətinin qaldırılması üçün heç bir iqtisadi amil yoxdur. Sadəcə, inhisarçıların bərbad idarə etməsi nəticəsində külli miqdarda borc yığılıb. Onların idarəetməsindən doğan problemlər yaranıb. Bu problemə də büdcədən dotasiya ayırmaq istəmirlər. Guya büdcəni qənaət rejiminə keçirtmək istyirlər. Ona görə də yaranmış problemlərin böyük bir hissəsini əhalinin çiyninə yükləməklə bu vəziyyətdən çıxmaq istədilər. SOKAR-da təbii qazın hasilatının maya dəyəri 1000 kubmetr üçün təqribən 35-40 manat civarındadır. Onsuz da 1000 kubmetri əhaliyə 100 manata, yəni iki dəfədən çox artıq qiymətə satırdılar. Üstəlik də BP şirkəti 2,4 milyard kubmetr səmt qazını SOCAR-a pulsuz verir. Ona görə, bu qərarın iqtisadi səhətdən heç bir əsası yoxdur”.
Suyun, benzinin qiymətinin, nəqliyyatda gediş haqqının artması gözlənilirIqtisadçı Samir Əliyev də bildirdi ki, indiki müəyyən olunmuş ehtiyac meyarı, yəni 105 manat heç vaxt bir nəfərin tələbatını ödəyə bilməz: “Inflyasiyadan sonra ölkədə ciddi bahalaşma var. Elə məhsullar var ki, qiyməti iki dəfə qalxıb. Deməli, ehtiyac meyarı da iki dəfə artmalıdr. Gələn il üçün ehtiyac meyarı 116 manat nəzərdə tutulur. Ancaq bu da azdır. Bu artımlar qiymətlərin bahalaşmasına adekvat deyil. Əslində yaşayış minimumu bu gün bir nəfər üçün 200 manatdan çox olmalıdr. Əvvəkli yaşayış minimumi 136 manatdı. Indi isə 155 manat etmək istəyirlər. Nə ehtiyac meyarı, nə də yaşayış minimumu üçün nəzərdə tutulan məbləğ adekvat deyil”.
Ekspert nəzərə çatdırdı ki, təbii qazın və elektirk enerjisinin qiymətinin qaldırılması idarəetmənin düzgün qurulmamasından qaynaqlanır: “Çünki bu qurumlar istər qaz, istər işıq, istərsə də digər kommunal xidmətlər göstərən qurumlar şəffaf işləmir. Həm mətbuatın, həm də vətəndaş cəmiyyətinin həmin qurumların məlumatına əlçatanlığı yox səviyyəsindədir. Hər dəfə də qazın maya dəyərini şişirdirlər. Deyirlər ki, qazın qiyməti qalxmalıdr. Necə əmin ola bilərik ki, həmin qurumlarda lazımsız işlər görüb, xərcləri səmərəsiz istifadə edərək maya dəyərini şişirtmirlər?! Bu qurumların fəaliyyəti şəffaf olmadığına görə, bu gün maya dəyərinin şişməsi suallar doğurur. Həmin qurumlar şəffaf işləmədikcə qiymətlərin bahalaşması da davam edəcək. İqtisadi vəziyyətin pisləşməsinə görə, dövlət büdcəsindən ayrılan vəsaitlər azalıb. Dövlət dəstəyi olmadığına görə, bu qurumları saxlamaq çətin olub. İndi həmin qurumlar əhalinin hesabına özlərini saxlmaq siyasəti yeridirlər. Tez-tez vurğulayırlar ki, qazın qiyməti ayrı-ayrı ölkələrdən ucuzdur. Amma bu yanaşma səhvdir. Düzdür, bizimlə müqayisədə Ermənsitanda təbii qaz təxminən iki dəfə bahadır. Amma bu doğru Suyun, benzinin qiymətinin, nəqliyyatda gediş haqqının artması gözlənilirdeyil ki, biz özümüzü hansısa təbii qaz alan ölkə ilə müqayisə edək. Çünki biz başqalarına qaz satırıq. Ermənistan isə başqalarından qaz alır. Bizim özümüzü nəinki Ermənistanla, Gücüstanla, heç Avropa ölkələri ilə də müqayisə etməyimiz doğru deyil. Çünki Avropa ölkələri də təbii qazı alır. Bir də ki, Avropa ölkələri ilə bizdə yaşayış səviyyəsi bir deyil, axı. Orta aylıq əməkhaqqı özü belə bizdə Ermənistanla, Gürcüstanla müqyisədə azdır. Mən heç bir halda qiymət artımını qəbul etmirəm. Bundan sonra suyun, benzinin, nəqliyyatın qiymətinin artması gözləniləndir. Bu sektorlarda şəffaflıq təmin edilməldir. İdarəçilik yaxşı olar ki, özəl sektora verilsin”.

Şamo Emin
Hurriyyet.org

13:37