“Şuşanın dostları” ilə tarixi görüş, Laçına BÖYÜK QAYIDIŞın anonsu və ermənilər üçün SON ŞANS

Belə demək olar ki, hər şey plan üzrə gedir. Bir həftə əvvəl Şuşada Dünya Azərbaycanlılarının 5-ci Qurultayına dünyanın 65 ölkəsindən gəlmiş 450-dək nümayəndənin qarşısında vacib prioritetlərdən bəhs olunmuşdu, aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi və ümumilikdə Qafqazda sülhün vacibliyi istiqamətində dövlətimizin mövqeyi elan edildi, önəmli mesajlar verildi, çağırışlar sələndi. Azərbaycana 23 ölkədən gəlmiş 40 konfrans iştirakçısı bir gün əvvəl Şuşada başlamışdılar konfransı ki, bu da tarixi hadisədir: bizimçün hər şey Şuşadan başlayır, Şuşa ziyarətində olmaq istəyənlər üçün gözümüz üstə yer ayırmışıq.

ADA Universitetinin artıq ənənə halını alan, sayca ikinci dəfə keçirilən illik beynəlxalq forumu müntəzəm şəkildə keçiriləcək. Universitetin rektoru Hafiz Paşayev dövlət başçısına xitabən fəxarətlə bildirdi ki, builki tədbir “Beynəlxalq Şuşa Forumu” adı altında təşkil edilib. “Şuşa ili” üçün gözəl düşünülüb. Ayrı-ayrı ölkələrdə ictimai fikrin formalaşmasında mühüm rolu olan forum iştirakçılarının Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər edərək, azad edilmiş Qarabağda mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış olmaları, erməni işğalından sonra miras qalan xarabalıqları görmələri olduqca mühüm məsələ, gözəl düşünülmüş səfər trajektoriyası idi...

Prezident İlham Əliyevin konfransda etdiyi çıxışı hər zaman olduğu kimi, möhtəşəm idi. Beynəlxalq konfrans iştirakçılarının Qarabağ xarabalıqlarını, erməni vandalizmini vizual olaraq gördükdən sonra dövlətimizin başçısı onların yaddaşına bir sıra həqiqətləri növbəti dəfə həkk elədi. Sitat: “Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır”. Həqiqəti gözlə görəndən, qulaqları ilə eşidəndən sonra nə qədər qərəzli olmalısan ki, onun əksini düşünəsən, dilə gətirəsən.

Dünyaya ünvanlanan Şuşa Bəyannaməsi mesajı olduqca önəmli idi. Azərbaycan lideri bəyan etdi ki, Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində! Açması budur: “Kimin Türkiyə və Azərbaycanın müttəfiqliyi ilə bağlı sözü varsa, buyursun, cavabını verək! Bu, həm də o deməkdir: “Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə Türkiyə var!” Dövlət başçımız bu formulu hələ uzun illər öncə, Avropada, Türkiyə haqqında mızıldananlara cavab olaraq bildirmişdi...

Dövlət başçısı Şuşa Bəyannaməsi barədə yanlış rəylər formalaşdırmağa çalışan, bu müqaviləni ermənilərə qarşı təhlükə sayanlara da vacib mesajını verdi. Azərbaycanın nəinki Qarabağ bölgəsində, yaxud Qafqazda, ümumiyyətlə, bütün bəşərdə sülh tərəfdarı olduğu barədə mövqeyini növbəti dəfə nümayiş etdiridi. Ölkə rəhbəri xatırlatdı ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. “Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”, dövlət başçısı söylədi.

Prezident bildirdi ki, Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Dövlətimizin siyasətini aydın şəkildə ifadə etdi: “Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”. Əksini kimsə iddia edə bilərmi? Azərbaycan o dövlətdir ki, torpaqları 30 il işğal altında qaldı, amma sülh prosesindən bir addım da geri çəkilmədi, qan tökülmədən məsələlərin həlli üçün sonadək mövqe qoydu, Ermənistandan və onun havadarlarından fərqli olaraq. Bu gün də postmüharibə dövrü üçün mövqeyi ortadadır: müharibəyə “yox” deyir, sülhü tərənnüm edir. Amma əgər erməni faşizmi yenidən baş qaldırmağa cəhd etsə, o halda, özündən küssün! (Necə ki, aprelin 30-da dövlət başçımız Xüsusi Təyinatlı Qüvvələrin qarşısında çıxış edərkən hərbi büdcənin daim aparıcı olacağını bildirdi, 44 günlük müharibədən sonra düşmənin qorxulu röyası olan bu qüvvələrin sayının iki dəfə artdığını bəyan etdi. Yəni biriləri hesabını götürsün!-E.P.)

Prezident İlham Əliyev Qarabağda yaşayan 25-30 min erməni ilə bağlı səmimi narahat olanlara və ya qeyri-səmimi şəkildə “narahatlığını” hər kvartalda azı iki dəfə izhar edənlərə də sözünü dedi, eyni zamanda bir qulağı Bakı olan ermənilərə də xilas yolunu göstərdi, Azərbaycan dövlətinin prinsipial mövqeyini növbəti dəfə açıqladı. Sitat: “Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar”.

İndi buyursun ermənilər və onların halına acıyan paytaxtlar, qurumlar, desinlər: ermənilərin “TƏHLÜKƏSİZ VƏ RAHAT” yaşamalarını istəyirlər, yoxsa, əldə silah, başıpozuq, terrorçu dəstələr halında kol dibində gizlənmələrini? Əslində bu gün Qarabağdakı erməni əhali – söhbət konfliktdən əvvəl burada yaşayan və Azərbaycan SSR-in vətəndaş pasportunu daşımış şəxslərdən gedir – qanunsuz silahlı dəstələrin, separatçı rejimin əlində GİROVdur! Beynəlxalq aləm Qarabağ ermənilərini onlara təhlükəsiz və rahat həyat vəd edən Azərbaycan dövlətinin əlindən xilas etmək haqqında planlar cızmağa son verməlidir! Dövlət başçımızın Qarabağ erməniləri ilə bağlı humanizmi bunu diqtə edir! Hansı ölkənin rəhbəri ona qarşı hazırlanan xain planda yer alan topluma qarşı bunca insani münasibət göstərərdi? Əminəm ki, heç biri! Bəlkə də bir gecədə bombardman edərdilər, qovub rədd edərdilər, amma Azərbaycan yenə də böyük humanizm nümunəsi sərgiləyir, bu jesti qiymətləndirmək lazımdır. Ermənistan rəhbərliyi bu günədək bir dəfə bu ölkədən didərgin salınmış azərbaycanlılarla bağlı ortaya mövqe qoyubmu? Nikol Paşinyan deyibmi ki, 1988-89-cu illərdə Ermənistandan qovulan 250 min azərbayacanlının geri qayıtmasını, TƏHLÜKƏSİZ VƏ RAHAT yaşamasını təmin etməyə hazırıq? Deməyib! Bəs niyə kimsə ona sual etmir: 32 il əvvəl son nəfəri Ermənistandan qovulan azərbaycanlıların taleyi, mal-mülkü necə olacaq? 250 min azərbaycanlıdan danışmaq istəməyənlər 25 minlik Qarabağ ermənisinə “dövlət” qurmaq istəyindədirlər hələ də. Absurddur, ədalətsizlikdir, həm də...Nə isə...

Beynəlxalq forumda elan olunan əsas məqamlardan digəri budur: ermənilər dağıtmışdı, biz qururuq! Necə ki, bəyan olundu ki, Azərbaycan ərazilərində 30-dək su elektrik stansiyası Ermənistan tərəfindən məhv edilmişdi. Amma qısa zaman kəsiyində böyük işlər görülüb: Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb, 20MVt-lıq stansiya artıq istifadəyə verilib. Cari ildə 25 MVt-lıq hidroelektrik stansiya istifadəyə veriləcək. Ancaq su elektrik stansiyalarının potensialı daha çoxdur. Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda həmin elektrik xətləri ilin altı ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salınmalı olub!

Yeni enerji layihələri ilə bağlı anons: BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və həmçinin digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. Bununla ifadə olundu ki, quruculuq işlərində dünyanın ən böyük şirkətlərinin də iştirakı təmin edilib, prosesə qatılmaq istəyənlər üçünsə “yaşıl işıq” var.

Dünyanın 23 ölkəsindən gəlmiş nümayəndələrin nəzərinə Minsk Qrupu ilə bağlı dövlətimizin mövqeyinin növbəti dəfə çatdırılması da önəmli məsələydi.  

Yeni Müsavat Qəzeti

Ölkə rəhbəri xatırlatdı: Qarabağla bağlı qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri idilər. Amma...”İşğalla bağlı vəziyyət Ermənistan üçün də, Minsk Qrupunun həmsədrləri üçün də məqbul idi. Azərbaycan üçün isə bu cür vəziyyət məqbul deyildi”. Ölkə başçısı həmsədrlərlə işğalçı ölkənin mövqelərinin ötən illər ərzində üst-üstə düşdüyünü deməklə, Minsk Qrupunun “tabut”unu əbədilik mismarlamış oldu.  

“Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir. Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib. Rusiya-Ukrayna müharibəsindən əvvəl belə Minsk Qrupunun həmsədrləri arasında gələcək fəaliyyətləri ilə bağlı məyusluq var idi. Çünki Azərbaycan özü Madrid prinsiplərini həyata keçirdi”. Aydın və birmənalı!

Azərbaycanın keçmişlə yaşamadığını, kin-küdurəti bir kənara ataraq, gələcəyə yönəlik siyasət qurduğunu ölkəmizin rəhbəri beynəlxalq konfransda bəyan etdi. Növbəti dəfə Ermənistana XİLAS YOLUnu göstərdi. Çətin yol da deyil, sadə formulu var. Buyurun: “Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər”. Bunun əksini istəyən çevrələrsə sadəcə Ermənistana qəbir qazmış olurlar. Azərbaycan və Türkiyə ilə düşmənçiliyi özlərinin “həyat kredosu”na çevirən erməni revanşistlər qəbirdə davam etməkdə qərarlıdırlarsa, olsun, seçim özlərinindir.

Ölkəmizin başçısı qeyd etdi ki, aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif səviyyələrdə üçtərəfli görüşlərin təşkilinə dair Azərbaycandan artıq bir neçə dəfə təkliflər irəli sürülüb. Xarici işlər nazirləri səviyyəsində görüşün təşkili ilə bağlı təkliflər irəli sürülüb. Ermənistan imtina etdi. Sonra təklif olundu ki, bu görüş ekspertlər səviyyəsində keçirilsin. Ermənistan yenə imtina etdi. Sonra təklif olundu ki, vətəndaş cəmiyyəti səviyyəsində görüş təşkil olunsun. Bir daha Ermənistan imtina etdi. Qoy beynəlxalq forumda iştirak etmiş təmsilçilər ölkələrinə dönəndən sonra bu suala cavab tapsınlar: Azərbaycan bundan artıq nə etməlidir?!

Prezident “Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir”, deməklə həm də ölkəmizi guya “gərginliyi tətikləməkdə” ittiham edə, bununla da qərəzli davranışlar sərgiləyən paytaxtlara cavab vermiş oldu. Onların yeni savaş meydanlarını layihələndirmək meyillərinin qarşılığında Azərbaycan dövləti sülhün vazkeçilməz önəmindən bəhs edir.  

Ölkə başçısı son aylarda müzakirə mövzusu olan bir məsələyə də xüsusi yer ayırdı çıxışında. Bildirdi ki, Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. “Biz Rusiyadan böyük həcmdə silah və avadanlıq alırıq, ancaq həmin silahları Ermənistandan fərqli olaraq bazar qiymətinə alırdıq. Ermənistan isə onları havayı əldə edirdi”, dövlət başçımız bunu da dedi. Eyni zamanda işğalçı Ermənistana silah yollayan ölkələrin siyahısını açıqladı, sırada təbii ki, Rusiya da var. Açıq və konkret: “Müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Azərbaycan bütün marşrutları izləyirdi – Rostovdan və Mozdokdan silah daşınırdı. Azərbaycan gürcüstanlı dostlarından hava məkanını bağlamağı xahiş etdi və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının 

qarşısını alsınlar və onlar belə də etdilər”.

Və digər məqam: “Azərbaycan bütün Xəzəryanı ölkələrə məktublar göndərdi ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu”.

Azərbaycan Prezidenti Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, reallıqları nəzərə almağı da vacib saydığını növbəti fikirləri ilə açıqlamış oldu: “Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır.Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir”. Anlayanlar üçün vacib məqamlardır.

Ölkə rəhbəri Zəngəzur dəhlizi ilə bağlı dövlətimizin həyata keçirdiyi işlərdən bəhs etdi və növbəti dəfə xatırlatdı: əgər Ermənistan razılaşmadan boyun qaçırsa...Əlbəttə, bu dəfə də itirən ermənilər olacaq, dalanda qalacaqlar, bizim yenə də alternativlərimiz var!

Sərhədlərin müəyyənləşdirilməsi məsələsindən bəhs edərkən Prezident hər birimizin ürəyindən xəbər verən mövqedən çıxış elədi. Sitat: “Yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var – 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə - 42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi”. Sovetlər vaxtı itirilən torpaqlarımızın qaytarılmasının anonsudur, sənədli-sübutlu, xəritəli şəkildə!

Dövlətimizin rəhbəri konfrans iştirakçılarının diqqətini daha bir mühüm məsələyə cəlb etdi, 44 günlük müharibədən sonra DAVAM EDƏN MÜHARİBƏYƏ! “Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşhəlak olmuş və ya ağır yaralanmışdır. Ermənistan minaları müharibədən sonra yerləşdirib və Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində faciə baş vermiş və iki jurnalistimiz həlak olmuşdur. Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir. Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir”.

Yeni Müsavat Qəzeti

“Şuşanın dostları” ilə tarixi görüş, Laçına BÖYÜK QAYIDIŞın anonsu və ermənilər üçün SON ŞANS

Belə demək olar ki, hər şey plan üzrə gedir. Bir həftə əvvəl Şuşada Dünya Azərbaycanlılarının 5-ci Qurultayına dünyanın 65 ölkəsindən gəlmiş 450-dək nümayəndənin qarşısında vacib prioritetlərdən bəhs olunmuşdu, aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi və ümumilikdə Qafqazda sülhün vacibliyi istiqamətində dövlətimizin mövqeyi elan edildi, önəmli mesajlar verildi, çağırışlar sələndi. Azərbaycana 23 ölkədən gəlmiş 40 konfrans iştirakçısı bir gün əvvəl Şuşada başlamışdılar konfransı ki, bu da tarixi hadisədir: bizimçün hər şey Şuşadan başlayır, Şuşa ziyarətində olmaq istəyənlər üçün gözümüz üstə yer ayırmışıq.

ADA Universitetinin artıq ənənə halını alan, sayca ikinci dəfə keçirilən illik beynəlxalq forumu müntəzəm şəkildə keçiriləcək. Universitetin rektoru Hafiz Paşayev dövlət başçısına xitabən fəxarətlə bildirdi ki, builki tədbir “Beynəlxalq Şuşa Forumu” adı altında təşkil edilib. “Şuşa ili” üçün gözəl düşünülüb. Ayrı-ayrı ölkələrdə ictimai fikrin formalaşmasında mühüm rolu olan forum iştirakçılarının Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər edərək, azad edilmiş Qarabağda mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış olmaları, erməni işğalından sonra miras qalan xarabalıqları görmələri olduqca mühüm məsələ, gözəl düşünülmüş səfər trajektoriyası idi...

ilhm.jpg (18 KB)

Prezident İlham Əliyevin konfransda etdiyi çıxışı hər zaman olduğu kimi, möhtəşəm idi. Beynəlxalq konfrans iştirakçılarının Qarabağ xarabalıqlarını, erməni vandalizmini vizual olaraq gördükdən sonra dövlətimizin başçısı onların yaddaşına bir sıra həqiqətləri növbəti dəfə həkk elədi. Sitat: “Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır”. Həqiqəti gözlə görəndən, qulaqları ilə eşidəndən sonra nə qədər qərəzli olmalısan ki, onun əksini düşünəsən, dilə gətirəsən.

Dünyaya ünvanlanan Şuşa Bəyannaməsi mesajı olduqca önəmli idi. Azərbaycan lideri bəyan etdi ki, Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində! Açması budur: “Kimin Türkiyə və Azərbaycanın müttəfiqliyi ilə bağlı sözü varsa, buyursun, cavabını verək! Bu, həm də o deməkdir: “Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə Türkiyə var!” Dövlət başçımız bu formulu hələ uzun illər öncə, Avropada, Türkiyə haqqında mızıldananlara cavab olaraq bildirmişdi...

hy.jpg (589 KB)

Dövlət başçısı Şuşa Bəyannaməsi barədə yanlış rəylər formalaşdırmağa çalışan, bu müqaviləni ermənilərə qarşı təhlükə sayanlara da vacib mesajını verdi. Azərbaycanın nəinki Qarabağ bölgəsində, yaxud Qafqazda, ümumiyyətlə, bütün bəşərdə sülh tərəfdarı olduğu barədə mövqeyini növbəti dəfə nümayiş etdiridi. Ölkə rəhbəri xatırlatdı ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. “Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”, dövlət başçısı söylədi.

Prezident bildirdi ki, Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Dövlətimizin siyasətini aydın şəkildə ifadə etdi: “Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”. Əksini kimsə iddia edə bilərmi? Azərbaycan o dövlətdir ki, torpaqları 30 il işğal altında qaldı, amma sülh prosesindən bir addım da geri çəkilmədi, qan tökülmədən məsələlərin həlli üçün sonadək mövqe qoydu, Ermənistandan və onun havadarlarından fərqli olaraq. Bu gün də postmüharibə dövrü üçün mövqeyi ortadadır: müharibəyə “yox” deyir, sülhü tərənnüm edir. Amma əgər erməni faşizmi yenidən baş qaldırmağa cəhd etsə, o halda, özündən küssün! (Necə ki, aprelin 30-da dövlət başçımız Xüsusi Təyinatlı Qüvvələrin qarşısında çıxış edərkən hərbi büdcənin daim aparıcı olacağını bildirdi, 44 günlük müharibədən sonra düşmənin qorxulu röyası olan bu qüvvələrin sayının iki dəfə artdığını bəyan etdi. Yəni biriləri hesabını götürsün!-E.P.)

waraba.jpg (86 KB)

Prezident İlham Əliyev Qarabağda yaşayan 25-30 min erməni ilə bağlı səmimi narahat olanlara və ya qeyri-səmimi şəkildə “narahatlığını” hər kvartalda azı iki dəfə izhar edənlərə də sözünü dedi, eyni zamanda bir qulağı Bakı olan ermənilərə də xilas yolunu göstərdi, Azərbaycan dövlətinin prinsipial mövqeyini növbəti dəfə açıqladı. Sitat: “Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar”.

İndi buyursun ermənilər və onların halına acıyan paytaxtlar, qurumlar, desinlər: ermənilərin “TƏHLÜKƏSİZ VƏ RAHAT” yaşamalarını istəyirlər, yoxsa, əldə silah, başıpozuq, terrorçu dəstələr halında kol dibində gizlənmələrini? Əslində bu gün Qarabağdakı erməni əhali – söhbət konfliktdən əvvəl burada yaşayan və Azərbaycan SSR-in vətəndaş pasportunu daşımış şəxslərdən gedir – qanunsuz silahlı dəstələrin, separatçı rejimin əlində GİROVdur! Beynəlxalq aləm Qarabağ ermənilərini onlara təhlükəsiz və rahat həyat vəd edən Azərbaycan dövlətinin əlindən xilas etmək haqqında planlar cızmağa son verməlidir! Dövlət başçımızın Qarabağ erməniləri ilə bağlı humanizmi bunu diqtə edir! Hansı ölkənin rəhbəri ona qarşı hazırlanan xain planda yer alan topluma qarşı bunca insani münasibət göstərərdi? Əminəm ki, heç biri! Bəlkə də bir gecədə bombardman edərdilər, qovub rədd edərdilər, amma Azərbaycan yenə də böyük humanizm nümunəsi sərgiləyir, bu jesti qiymətləndirmək lazımdır. Ermənistan rəhbərliyi bu günədək bir dəfə bu ölkədən didərgin salınmış azərbaycanlılarla bağlı ortaya mövqe qoyubmu? Nikol Paşinyan deyibmi ki, 1988-89-cu illərdə Ermənistandan qovulan 250 min azərbayacanlının geri qayıtmasını, TƏHLÜKƏSİZ VƏ RAHAT yaşamasını təmin etməyə hazırıq? Deməyib! Bəs niyə kimsə ona sual etmir: 32 il əvvəl son nəfəri Ermənistandan qovulan azərbaycanlıların taleyi, mal-mülkü necə olacaq? 250 min azərbaycanlıdan danışmaq istəməyənlər 25 minlik Qarabağ ermənisinə “dövlət” qurmaq istəyindədirlər hələ də. Absurddur, ədalətsizlikdir, həm də...Nə isə...

Rh05rN.jpg (1.50 MB)

Beynəlxalq forumda elan olunan əsas məqamlardan digəri budur: ermənilər dağıtmışdı, biz qururuq! Necə ki, bəyan olundu ki, Azərbaycan ərazilərində 30-dək su elektrik stansiyası Ermənistan tərəfindən məhv edilmişdi. Amma qısa zaman kəsiyində böyük işlər görülüb: Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb, 20MVt-lıq stansiya artıq istifadəyə verilib. Cari ildə 25 MVt-lıq hidroelektrik stansiya istifadəyə veriləcək. Ancaq su elektrik stansiyalarının potensialı daha çoxdur. Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda həmin elektrik xətləri ilin altı ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salınmalı olub!

Yeni enerji layihələri ilə bağlı anons: BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və həmçinin digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. Bununla ifadə olundu ki, quruculuq işlərində dünyanın ən böyük şirkətlərinin də iştirakı təmin edilib, prosesə qatılmaq istəyənlər üçünsə “yaşıl işıq” var.

Dünyanın 23 ölkəsindən gəlmiş nümayəndələrin nəzərinə Minsk Qrupu ilə bağlı dövlətimizin mövqeyinin növbəti dəfə çatdırılması da önəmli məsələydi.

Rh0aEY.jpg (1.85 MB)

Ölkə rəhbəri xatırlatdı: Qarabağla bağlı qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri idilər. Amma...”İşğalla bağlı vəziyyət Ermənistan üçün də, Minsk Qrupunun həmsədrləri üçün də məqbul idi. Azərbaycan üçün isə bu cür vəziyyət məqbul deyildi”. Ölkə başçısı həmsədrlərlə işğalçı ölkənin mövqelərinin ötən illər ərzində üst-üstə düşdüyünü deməklə, Minsk Qrupunun “tabut”unu əbədilik mismarlamış oldu.

“Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir. Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib. Rusiya-Ukrayna müharibəsindən əvvəl belə Minsk Qrupunun həmsədrləri arasında gələcək fəaliyyətləri ilə bağlı məyusluq var idi. Çünki Azərbaycan özü Madrid prinsiplərini həyata keçirdi”. Aydın və birmənalı!

Azərbaycanın keçmişlə yaşamadığını, kin-küdurəti bir kənara ataraq, gələcəyə yönəlik siyasət qurduğunu ölkəmizin rəhbəri beynəlxalq konfransda bəyan etdi. Növbəti dəfə Ermənistana XİLAS YOLUnu göstərdi. Çətin yol da deyil, sadə formulu var. Buyurun: “Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər”. Bunun əksini istəyən çevrələrsə sadəcə Ermənistana qəbir qazmış olurlar. Azərbaycan və Türkiyə ilə düşmənçiliyi özlərinin “həyat kredosu”na çevirən erməni revanşistlər qəbirdə davam etməkdə qərarlıdırlarsa, olsun, seçim özlərinindir.

Rh0Lqv (1).jpg (1.39 MB)

Ölkəmizin başçısı qeyd etdi ki, aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif səviyyələrdə üçtərəfli görüşlərin təşkilinə dair Azərbaycandan artıq bir neçə dəfə təkliflər irəli sürülüb. Xarici işlər nazirləri səviyyəsində görüşün təşkili ilə bağlı təkliflər irəli sürülüb. Ermənistan imtina etdi. Sonra təklif olundu ki, bu görüş ekspertlər səviyyəsində keçirilsin. Ermənistan yenə imtina etdi. Sonra təklif olundu ki, vətəndaş cəmiyyəti səviyyəsində görüş təşkil olunsun. Bir daha Ermənistan imtina etdi. Qoy beynəlxalq forumda iştirak etmiş təmsilçilər ölkələrinə dönəndən sonra bu suala cavab tapsınlar: Azərbaycan bundan artıq nə etməlidir?!

Prezident “Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir”, deməklə həm də ölkəmizi guya “gərginliyi tətikləməkdə” ittiham edə, bununla da qərəzli davranışlar sərgiləyən paytaxtlara cavab vermiş oldu. Onların yeni savaş meydanlarını layihələndirmək meyillərinin qarşılığında Azərbaycan dövləti sülhün vazkeçilməz önəmindən bəhs edir.

Ölkə başçısı son aylarda müzakirə mövzusu olan bir məsələyə də xüsusi yer ayırdı çıxışında. Bildirdi ki, Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. “Biz Rusiyadan böyük həcmdə silah və avadanlıq alırıq, ancaq həmin silahları Ermənistandan fərqli olaraq bazar qiymətinə alırdıq. Ermənistan isə onları havayı əldə edirdi”, dövlət başçımız bunu da dedi. Eyni zamanda işğalçı Ermənistana silah yollayan ölkələrin siyahısını açıqladı, sırada təbii ki, Rusiya da var. Açıq və konkret: “Müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Azərbaycan bütün marşrutları izləyirdi – Rostovdan və Mozdokdan silah daşınırdı. Azərbaycan gürcüstanlı dostlarından hava məkanını bağlamağı xahiş etdi və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər”.

xer.jpg (117 KB)

Və digər məqam: “Azərbaycan bütün Xəzəryanı ölkələrə məktublar göndərdi ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu”.

Azərbaycan Prezidenti Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, reallıqları nəzərə almağı da vacib saydığını növbəti fikirləri ilə açıqlamış oldu: “Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır.Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir”. Anlayanlar üçün vacib məqamlardır.

Ölkə rəhbəri Zəngəzur dəhlizi ilə bağlı dövlətimizin həyata keçirdiyi işlərdən bəhs etdi və növbəti dəfə xatırlatdı: əgər Ermənistan razılaşmadan boyun qaçırsa...Əlbəttə, bu dəfə də itirən ermənilər olacaq, dalanda qalacaqlar, bizim yenə də alternativlərimiz var!

Sərhədlərin müəyyənləşdirilməsi məsələsindən bəhs edərkən Prezident hər birimizin ürəyindən xəbər verən mövqedən çıxış elədi. Sitat: “Yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var – 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə - 42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi”. Sovetlər vaxtı itirilən torpaqlarımızın qaytarılmasının anonsudur, sənədli-sübutlu, xəritəli şəkildə!

Dövlətimizin rəhbəri konfrans iştirakçılarının diqqətini daha bir mühüm məsələyə cəlb etdi, 44 günlük müharibədən sonra DAVAM EDƏN MÜHARİBƏYƏ! “Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşhəlak olmuş və ya ağır yaralanmışdır. Ermənistan minaları müharibədən sonra yerləşdirib və Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində faciə baş vermiş və iki jurnalistimiz həlak olmuşdur. Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir. Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir”.

min.jpg (145 KB)

Qeyd: Elə Prezidentin mina təhlükəsindən bəhs etdiyi gün Laçında çalışan gənc fəhlə minaya düşdü, bir gün sonra şəhid oldu! Beynəlxalq aləm Ermənistanı heç olmasa gerçək mina xəritələrini təhvil verməyə vadar etmədilər, acı nəticəsi ortada... Beynəlxalq aləm üçün utancverici faktdır və hər bir həlak olan azərbaycanlıya görə həm də cavabdeh onlardır!

Prezidentin xatırlatma etdiyi digər məsələ: “Azərbaycan Ermənistana 10-20 gün arası vaxt verdi ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılması, özlərinə məxsus olmadığı, lakin içində yaşadıqları evlərin yandırılması, ağacların kəsilməsi və digər ekoloji fəlakətlərə yol açan əməllərə sərf etdilər”.
Budur, hazırda Azərbaycan dövləti Laçın dəhlizinə alternativ yol çəkir. Əslində bunu etməyə də bilərdi, böyük maliyyə xərcləyib hələ də Azərbaycan qanunlarına əməl etmək istəməyən Qarabağ erməniləri üçün yol çəkməkdən imtina da edə bilərdik. Amma Azərbaycan KİŞİ DÖVLƏTdir, dediyini edir, imzasına sadiqdir. Bunu dəyərləndirməmək azı insafsızlıqdır.

Azərbaycan lideri “Şuşanın dostları” qrupunun üzvlərinə xitabında ermənilərin “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra Azərbaycana köçürülməsindən bəhs etməklə həm də erməni havadarlarına mesaj vermiş oldu: bu məsələləri çox da uzatmayın, yoxsa “maşa” kimi istifadə etdikləriniz GƏLDİKLƏRİ YERLƏRƏ qayıtmalı olarlar!

Ən nəhayət: Bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə növbəti beynəlxalq konfrans gələn il Laçında baş tutacaq.  Məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda qərar verib. Bu, Laçın şəhərinə BÖYÜK QAYIDIŞIN xoş müjdəsidir. Amma gərək beynəlxalq forumun iştirakçıları daxil, müvafiq dairələr və paytaxtlar ermənilərin Kəlbəcərin başına gətirdiyini Laçının da başına gətirməsinə yol verməsinlər! Biz onlara vaxt verəndə onlar da bizə yurd yerlərimizin külünü, darmadağın görkəmini saxlayıb gedirlər...

Elşad Paşasoy,
Xudaferin.eu

17:52