Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçiriləcək

Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçiriləcək.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iştirak edəcəklər.

Xudaferin.eu

16:00