Şuşa şəhərinin "Merlər sülh naminə" hərəkatına qoşulması ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yaponiyanın Xirosima şəhərinin nüvə silahı ilə bombalanmasının 78-ci ildönümü münasibətilə həmin şəhərdə keçirilən tədbirdə iştirak edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, xüsusi nümayəndəni tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müşayiət edib.
Sülh Memorialı Parkında keçirilmiş tədbirə Yaponiyanın Baş naziri Fumio Kişida, müxtəlif ölkələrdən olan rəsmilər qatılıblar.
Tədbirdən əvvəl şəhər meri Kazumi Matsui ilə xüsusi nümayəndə Aydın Kərimov arasında görüş keçirilib, merə Şuşa şəhəri haqqında məlumat verilib.
Eyni zamanda, Aydın Kərimov və Kazumi Matsui Şuşa şəhərinin "Merlər sülh naminə" hərəkatına qoşulmaq niyyəti barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Kazumi Matsuiyə Şuşa şəhəri ilə bağlı xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, "Merlər sülh naminə" hərəkatının əsası 1982-ci ildə Xirosima şəhərinin həmin vaxt meri olan Takeşi Arakinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının iclasında qoyulub.
Hərəkat 1991-ci ildə QHT olaraq BMT İqtisadi və Sosial Təşkilatında (ECOSOC) qeydə alınıb. Hazırda şəbəkənin 166 ölkədən 8271 şəhər üzvü var.

Xudaferin.eu
22:57
Digər xəbərlər