Türkiyənin dəstəklədiyi şəxs birləşmiş müxalifətin lideri oldu
Suriyanın aparıcı müxalif qrupları “Heyət Təhrir Şam” (Şamı Azadetmə Heyəti) adı altında birləşdiklərini açıqlayıb. Yeni təşkilata Türkiyənin rəsmən dəstək verdiyi müxalif “Ahraruş Şam” qruplaşmasının keçmiş lideri və hazırda şura üzvü olan Əbu Cabir rəhbərlik edəcək. Türkiyə mediasının yazdığına görə, birləşmə prosesinə qatılan qruplaşmalar ləğv edilib və bundan sonra “Heyət Təhrir Şam” adı altında fəaliyyət göstərəcək. Prosesə qatılan bütün qruplar İŞİD, Əsəd rejimi və PKK-nın Suriya qolu PYD ilə vuruşan qruplaşmalardır. Qeyd edək ki, Suriya müxalifətinin yeni lideri Əbu Cabir Türkiyə ilə yaxınlığı ilə tanınır. Bununla yanaşı, o da bəllidir ki, Suriyanın yaxın gələcəkdə regional və siyasi müstəvidə durumunun bəlirsiz olması, Qərb, Rusiya və BMT-nin bu prosesdə aydın olmayan mövqeləri sonucu olaraq, Türkiyə belə bir addımı atmaq zorunda qalmışdır. Türkiyənin sınırları çevrəsində süni şəkildə yaradılması planlaşdırılan “Suriya Kürdüstanı”, “İŞID Şam Dövləti” və digər strateji hədəflər sonucda bölgə dövlətləri üçün böyük bir təhlükə mənbəyi olaraq görülür. Bütün dünyanı sarsıdan İŞID-ın adı altında baş verən və on ildən çoxdur davam edən qlobal terror siyasətinin qarşısını almaq üçün beynəlxalq birlik indiyə kimi hər hansı ciddi addımları atmamışdır. Türkiyə Ortaa Doğunun ən güclü bir dövləti olmaqla addım-aadım bu məsuliyyəti öz üzərinə götürmək zorunda qalmışdır.
Suriyadakı müxaliflər bir araya gəldilər

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”
11:06
Digər xəbərlər