Suriyada uşaqları zəhərləyən cəllad tapıldı

 

Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici qaz olan "zarin"li bombalar atan təyyarənin pilotunun kimliyi bilinib. 87 dinc sakinin, o cümlədən onlarla uşağın əzabla ölmələrinə səbəb olmuş bu bombardmanı Suriya Hərbi-Hava Qüvvələrinin generalı Məhəmməd Haytam Həsuri gerçəkləşdirib.
 

M.Həsuri Suriya prezidenti Bəşər Əsədin ordusunda eskadra komandiridir. Suriya parlamentinin Hələb şəhərindən olan deputatı, rəsmi Dəməşqin funksionerlərindən biri Farez Şəhabi Twitter-dəki profilində general Həsurinin fotosunu dərc edib. Fotoda Suriya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Əli Abdulla Əyyub onun əlini sıxır.

Foto bu sözlərlə müşayiət olunub: "General Həsuriyə "Əl Qaida"nın İdlib vilayətindəki Xan Şeyhun şəhərindəki anbarlarını uğurla vurduğuna görə minnətdarlıq edilir".

Suriyanın hakimiyyət dairələri bildirirlər ki, onlar Xan Şeyhunda "terrorçuların kimyəvi-zəhərləyici maddəli sursatları saxladıqları anbarları" vurublar. General Həsuri Xan Şeyhundan 22 km aralıdakı Latamin kəndinə də martın 30-da "zarin"li bombalar atmışdı.

Hurriyyet.org 

06:29