Yayılan məlumatlara görə bu günlərdə keçmiş prezident Bəşər Əsəd tərəfdarları olan "ələvilər" ilə Suriya Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında silahlı toqquşma olub.
Toqquşma nəticəsində 70 nəfərə yaxın insan ölüb.
Suriya hökumətinə tabe olan silahlı qüvvələr keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.
Müşahidələr göstərir ki, Bəşər Əsəd devrildikdən sonra Suriyaya nəzarət uğrunda İsrail , Türkiyə və İran arasında mübarizə gərginləşib.
Yaxın Şərqdə yerləşən regional güclər arasındakı fikir ayrılığı
Suriyadan başqa , Cənubi Qafqaz və İraq bölgələrini də əhatə edir.
Bəşər Əsəd dövründə Suriya əsasən İran və Rusiyanın təsir dairəsində idi.
Ölkədə baş verən inqilabdan sonra Suriya
hazırda Türkiyənin və qismən İsrailin
nəzarəti altındadır. Türkiyənin Cənubi Qafqazda , Yaxın Şərqdə və ümumilikdə dünyada artan nüfuzu bir çox dövlətləri narahat edir.
Məhz bu səbəbdən Suriya ya nəzərət uğrunda "dünən" dalaşan İsrail , İran və Rusiya "bu gün" birləşərək Türkiyəni zəiflətməyə çalışırlar.
Bu yaxınlarda İsrailin müdafiə məsələləri ilə bağlı xüsusi nüməyəndəsi Moskvaya səfər etmişdi. Söhbət zamanı
Rusiyanın Yaxın Şərqdə əsasən də Suriyada və Livanda fəaliyyətini artırması məsələsi müzakirə olunmuşdu.
Reallıq göstərir ki, bu ərazilərdə Ankaranın təsirinin genişlənməsini Tehran , Təl-əviv və Moskva həzm edə bilmir.
Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlarını artırması onları narahat edir.
Bu səbəbdən
"dünən" bir-birinə daş (bomba) atan rəqiblər [ İran və İsrail ] regionda Türkiyənin təsirini məhdudlaşdırmaq üçün addımlar atmağa çalışır və bu məqsədlə Rusiyanı köməyə çağırırlar.
El arasında belə bir deyim var : " Filankəs ilanı Seyid Əhmədin əli ilə tutur."
Orta əsrlərdən fərqli olaraq indi bir çox dövlətlər bu taktikadan daha çox istifadə edirlər.
Yəni, üzdə - diplomatik danışıqlarda bir-birinin üzünə gülürlər ; xəlvətdə isə öz "Seyd Əhmədlərini" müstəqil qrumlar adı altında əzəli rəqiblərinə qarşı mübarizəyə , silahlı müharibəyə yönləndirirlər.
İndi uzun illərdir
"PKK", "PYD", "Hizbullah", "Vaqner"və bu kimi onlarla silahlı qruplar , əslində isə terror təşkilatları
Türkiyəyə qarşı istifadə olunur.
Bu qurumları hazırlayan , silahlandıran , maliyyələşdirənlərin İran , Rusiya , ABŞ və Fransa olduğunu siyasətlə ciddi məşğil olan hər kəs yaxşı bilir.
İndi də belədir.
Diplomatik danışıqlarda, hüquqi baxımdan heç kim özünü təqsirli bilmir.
Əl altından isə "QOÇULARINA" vur əmri verirlər.
Bu "qoçuların" fəaliyyəti Türkiyə üçün birbaşa təhlükə təşkil edir.
Təbii ki , bu dövlətlətin [ İran, İsrail, Rusiya, ABŞ , Fransa ) belə mövqe sərgiləməsi Ankara üçün qəbuledilməzdir.
Türkiyə problemlərin qarşılıqlı maraqlar çərçivəsində həll edilməsinin tərəfdarıdır. Lakin rəqiblər bu çağırışlara adekvat cavab verməyəndə
Türkiyə öz maraqlarını qorumaq üçün gərəkən addımları atacaqdır.
Suriya ilə Türkiyəni 900 km-dən artıq sərhəd ayırır.
Bu sərhədlər ətrafında baş verən hadisələr ən çox Türkiyəyə təsir göstərir.
İran,İsrail və onların arxalarında duran dövlətlər : Rusiya, ABŞ , Fransa müdaxilələrini dayandırsa ; bölgədə , o cümlədən Suriyada sabitlik yarana bilər.
Əks halda Türkiyə də "QOÇULARI" [ PKK , PVD və s.] məhv etməyə davam edəcək.
SURİYADA STABİLLİYİ KİMLƏR POZUR...?!

Qəvami Sadıqbəyli.
Xudaferin.eu
20:02