Suriyada koalisiya qüvvələrinin endirdiyi zərbə nəticəsində 15 dinc sakin həlak olub

Suriyada beynəlxalq koalisiya qüvvələrinin Rakka vilasətinin Huneydə kəndinə endirdiyi hava zərbəsi nəticəsində 15 dinc sakin ölüb.

Xudaferin.eu Report-a istinadən məlumat verir ki, bu barədə Suriyanın dövlət tele-radio şirkəti xəbər verib.

Xəbərdə bildirilir ki, Rakka vilayətinin qərb hissəsi beynəlxalq koalisiya qüvvələri bombardmanına məruz qalıb. Nəticədə 15 mülki sakin həlak olub. Onların arasında 3 uşaq və habelə qadınlar da var.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriya Demokratik Qüvvələrinə dəstək üçün İŞİD-in mövqelərinə zərbələr endirir.

Qeyd edək ki, ilkin məlumatda hava zərbələri nəticəsində 10 nəfərin öldüyü bildirilirdi. 

Xudaferin.eu

21:53