Suriyada “İslam dövləti” terror təşkilatının isveçli cəlbedicisi saxlanılıb

Suriyada “İslam dövləti” terror təşkilatının isveçli cəlbedicisi Mikael Skromo saxlanılıb.

Xudaferin.eu İsveç KİV-lərinə istinadla xəbər verir ki, İsveçin Hötebörq şəhərində doğulmuş Mikael Skromo uzun illər İslam dininə etiqad bəsləyib. Lakin bir müddətdən sonra o, radikallaşıb və 2014-cü ildə arvadı və uşağı ilə birlikdə İsveçi tərk edərək Suriyada “İslam dövləti” terror təşkilatının sıralarına daxil olub. Skromo burada adını dəyişərək “İslam dövləti” sıralarına İsveçdən yeni insanlar cəlb etməklə məşğul olmağa başlayıb. O, müraciətlərində İsveçdə terror aktları törətməyə çağırırdı.

Hazırda İsveçin hakimiyyət orqanları Skromonun döyüş əməliyyatlarında iştirak edib-etmədiyini, yoxsa yalnız cəlbedici rolunu yerinə yetirdiyini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, İsveçdə doğulmuş Mikael Skromo həm də Norveç vətəndaşlığına malikdir.

Xudaferin.eu

17:32