Suriyada intiharçı hücumları

 

Türkiyə ordusu və onun üsyançı müttəfiqlərinin strateji şəhəri olan Əl-Babı İslam Dövləti yaraqlılarından azad etməsindən bir gün sonra şəhərin yaxınlığındakı kənddə həyata keçirilən intiharşı hücumu azı 35 nəfərin ölümünə, çox sayda insanın yaralanmasına səbəb olub.

Bu gün intiharçı bomba yerləşdirilmiş avtomobili müxalifətin Sosian kəndindəki təhlükəsizlik məntəqəsi yaxınlığında partladarkən çox sayda mülki vətəndaş ölüb.

İnsanların çoxu təhlükəsizlik məntəqəsinə aylardır şiddətli döyüşlər gedən Əl-Baba qayıtmaq üçün icazə almağa toplaşmışdı.

Türkiyə mediası və Suriya fəallarının bildirdiyinə görə, şəhər Türkiyə ordusunun üsyançı qüvvələrlə birlikdə ağır döyüşlərdən sonra İslam Dövlətinin şəhəri tərk etməsi ilə ələ keçirib. İslam Dövlətinin nəzarətlərində olan Suriyanın cənub bölgələri uğrunda dəfələrlə ağır döyüşlər aparıb. Yerli sakinlərin dediyinə görə, İslam Dövlətinin bəzi döyüşçüləri sakinlər arasında gizlənir.

Digər bir hücum Əl-Bab yaxınlığındakı kənddə həyata keçirilib. Ölənlərin sayı 65-ə çatıb. Ölənlər arasında iki türk əsgəri, mülki vətəndaşlar və yaraqlılar var.

Amerikaninsesi.org

09:44