Suriya və Ukraynada döyüşən rus muzdlular kimlərdir?
Aleksandr Gostev və Robert Coalson Azadlıq Radiosunun saytında yazırlar ki, dekabrın 9-da Kreml Ata Yurdun Qəhrəmanları Gününü böyük banketlə qeyd edib. 300-dən çox hərbçinin, o cümlədən Rusiya və Sovet İttfaqı qəhrəmanlarının ziyafətində prezident Vladimir Putinin çıxışı olub. Sankt Peterburq şəhərindən olan təhqiqat jurnalisti Denis Korotkov qəhrəman qonaqların arasında haqqında çox yazdığı bir nəfəri tanıya bilib. Söhbət Vaqner ləqəbli Dmitri Utkindən gedir. Bu Utkin özəl hərbi müqavilə agentliyi kimi tanınanan ÇVK Vaqner firmasının rəhbəridir.
Kremlin sözçüsü Dmitri Peskov onun qonaqların arsınnda nə etdiyi barədə suala, Utkinin də məclisə “igidliyinə görə” dəvətli olduğunu deyib. Lakin təhqiqat jurnalisti Korotkov və Rusiya muzdlu hərbçilərini araşdıran başqaları Utkinin bu məclisdəki iştirakının xüsusi məna daşıdığı qənaətindədirlər. Korotkov güman edir ki, Utkinin belə yüksək məclisə dəvət alması Rusiya muzdlularının xüsusilə də Ukrayna və Suriyadakı məxfi fəaliyyətlərini bir daha gündəmə gətirir. Korotkov AzadlıqRadiosuna deyib ki, muzdlulaların Suriyadakı funksiyası naməlumdur, lakin onların Rusiyadakı təlim düşərgələrinə əsasən xüsusi qüvvələr üçün hazırlıq birləşmələri olduqlarını düşünmək olar.
Hitlerin sevimli bəstəkarı
Jurnalist bildirib ki, Suriyadan birbaşa və ya dolayısı ilə gələn xəbərlərə görə Vaqner qrupundan adətən seçmə piyadalar kimi istifadə edilir və onların əməliyyatları zamanı xüsusi qüvvələrin əməliyyatlarında olduğundan daha böyük qırğına yol verilir. Məqalədə deyilir ki, bu məsələ kifayət qədər qaranlıqdır, çünki Rusiyada muzdluların fəaliyyəti qadağandır. Lakin bütün əlamətlər göstərir ki, Rusiya özəl hərbi müqavilə firmalarından 2000-ci illərdə ABŞ-ın Əfqanıstan və İraqda istifadə etdiyi kimi istifadə olunur. Jurnalist Korotkov Rusiya təhlükəsizlik strukturundakı açıq mənbələrdən tanış olduğu material və müqavilələrdən Utkinin bioqrafiyasını təfərrüatlı şəkildə öyrənə bilib. 2013-cü ildək o, Rusiya hərbi kəşfiyyatı Baş Kəşfiyyat İdarəsinin (BKİ) xüsusi qüvvələrində briqada komandiri olub. 2013-cü ildə oradan tərxis olunduqdan sonra hərbi veteranlarının təşkil etdikləri Moran təhlükəsizlik qrupunda işə başlayıb. Bu qrup dünyada təhlükəsizlik və təlim xidmətləri göstərirdi və dəniz quldurluğuna qarşı mübarizə üzrə ixtisaslaşmışdı. Sonradan bu qurum Sankt Peterburqda mənzil qərargahı olan Slavyan Korpusu ilə əlaqələndirilib. Bu qurum isə Suriyada neft mədənlərinin və kəmərlərin mühafizəsi üçün muzdlu toplamaq məqsədilə elan vermişdi. Bir sıra media materiallarından məlum olur ki, Utkinə Vaqner ayaması “Hitler ideologiyasına heyranlığına” görə verilib.
ÇVK nədir?
Korotkov bildirir ki, Vaqner ÇVK – Çastnaya Voennaya Kompaniya və ya özəl hərbi şirkət barədə ilk məlumatlar 2014-cü ildə peyda olub. Bu məlumatlarda deyilirdi ki, muzdlular qrupu şərqi Ukraynada rusiyapərəst separatçılarla çiyin-çiyinə döyüşür.
2015-ci ilə aid məlumatlardan aydın olurdu ki, muzdlular Suriya cəbhəsinə keçiriliblər və onların səfərbərliyi Rusiyanın Suriyadakı hərbi kampaniyasından bir həftə sonra başlanıb. Belə məlumatlar da var ki, Vaqner muzdluları bu ilin may ayında Əsəd qüvvələrinə Palmiranın geri alınmasında dəstək veriblər. Azadlıq Radiosunun məqaləsində deyilir ki, 9 dekabr ziyafəti hər halda deyilənlərə müəyyən təsdiq verib. Rusiya dövlət telekanalı qonaqlıqda olanların arasında təqaüdə çıxmış polkovnik Andrey Troşşevi də göstərib. Sovetlərin əfqan müharibəsinin veteranı Troşşev 2014-cü ildə təqaüdə çıxarkən Rusiya qəhrəmanı medalı yox idi, amma Kreml ziyafətində belə bir medal olun sinəsini bəzəyirdi.
İŞİD videosundakı ölülər
Conflict Intelligence Team layihəsinin təhlilçisi Ruslan Leviyev ilk dəfə Vaqner muzdlularını İŞİD-in “Öldürülnüş rus əsgərləri” videosunda tanıya bilib. Bu videonu İŞİD martın 17-də Palmiradan post etmişdi. Ölənlərin arasında 51 yaşlı təqaüdçü mayor Sergey Çupov da var idi. Onun Sankt Peterburqdakı qohumları ilə söhbətlərdən bəlli olub ki, Çupov bir Vaqner muzdlusu kimi fevralın 8-də öldürülüb. Leviyev əmindir ki, muzdlular Rusiya Müdafiə Nazirliyi tərəfindən təchiz edilirlər və onların tabeçilyi Baş Kəşfiyyat İdarəsinədir. Leviyevin məlumatına görə onların təlim düşərgəsi BKİ-nin 10-cu briqadasının Krasnodardakı bazasına bitişikdir. Onun qənaətinə görə İŞİD-in fotolarından da görünür ki, öldürülmüş muzdluların silahları BKİ-nin xüsusi qüvvələrinin silahlarındandır. Ekspertin fikrincə Vaqner muzdlularını şərqi Ukraynada döyüşən könüllülərdən fərqləndirmək lazımdır. Muzdlular hərbi təcrübəyə malik peşəkar döyüşçülərdir. Üstəlik bu adamlar rəsmi dövlət qulluğunda olmasaydılar sözü gedən medallarla təltif olunmazdılar. Jurnalist Korotkovun təxminlərinə görə 2014-cü ildən bəri Suriyada Vaqnerin 600 muzdlusu döyüşüb. Onlardan 60-nın həlak olması təxmin edilir. Leviyev isə deyir ki, bu rəqəmlərin dəqiqliyini təmin etmək asan deyildir.

Azadlıq.org
11:40
Digər xəbərlər