Suriya üzrə sülh danışıqları davam edir

 

İsveçrənin Cenevrə şəhərində davam edən Suriya danışıqları çәrçivәsindә Rusiya heyəti ilə Suriya müxalifətini təmsil edən nümayəndə heyəti bir araya gəlib.

Rusiya xarici işlər nazirinin müavini Genadi Gatilov Cenevrədə Suriya müxalifətinin nümayəndə heyəti ilə görüşüb. Suriya müxalifətini təmsil edən nümayəndə heyəti adından mətbuata açıqlama verәn Yəhya Kadamani: ‘‘Görüş müsbәt keçib vә Astanada verilәn tәminatların yerinә yetirilmәsi tələb olunub’’ deyib.

Rusiya mətbuatına açıqlama verәn G. Gatilov bildirib ki: ‘‘ Astanada keçirilәcәk növbәti danışıqlardan әldә olunacaq nәticәyә görә Cәnәvrәdәki Suriya danışıqları martın 20-dә davam edә bilәr’’

G.Gatilov Rusiyanın toqquşan tərəflər arasında birbaşa görüşlərin keçirilmәsini istədiyini bildirib. Danışıqların 7-ci günündə müxaliflərlə ikinci dəfə görüşən Birləşmiş Millətlər Təşkilatının Suriya üzrә xüsusi nümayəndəsi Staffan De Mistura isә gәlinәn son nöqtәdәn məmnunluq duyduğunu bildirib. Steffan De Mistura müxalifәti tәmsil edәn nümayәndә heyәtinin qaldığı otelә gәlәrәk Nasir Әl-Haririnin başçılıq etdiyi nümayәndә heyәti ilә görüşüb. Görüşün iki saatdan çox davam etdiyi bildirilib. Görüşdәn sonra qısa açıqlama verәn Steffan De Mistura gündәmdәki bütün maddәlәri müzakirә etdiklәrini söylәyib.

Qeyd edәk ki, Steffan De Misturanın Bәşşar Caferinin başçılıq etdiyi rejim heyәti ilә dә bir araya gәlmәsi gözlәnilir.

Xudaferin.eu
İsveçrə, “Bern Bürosu”

09:08