“The Guardian” yazır ki, ötən çərşənbə günü yaşıl avtobuslardan ibarət karvan Hələbi tərk edəndə Bəşər əl-Əsədin iki ən böyük müttəfiqi bu hadisəyə fərqli reaksiya verib. Türkiyə ilə dil tapan Rusiya qaçqınların ölkənin kənd yerlərinə buraxılmasını istəyir, amma İran onları dayandırmaq niyyətinədir. Son 15 ay ərzində Suriya müxalifətini bombardman edərək məğlubiyyətə uğratmış Rusiya indi, yeni mərhələdə yeni – sülhyaradıcı rolunu oynamağa tələsir, İran üçünsə qiyamçıların və əhalinin məhz indi, Tehranın döyüş meydanındakı nüfuzunun artmağa başladığı bir vaxtda Hələbi tərk etməsi yolverilməz görünür.
“The Guardian” yazır ki, Tehran və Moskvanı Əsədi hakimiyyətdə saxlamaq marağı birləşdirmişdisə, indi münaqişənin az qala başa çatdığı məqamda bu maraqlar haçalanıb. İndi Rusiyanın aviasiyasına artıq heç bir ehtiyac yoxdur. İranın inqilab keşikçiləri isə məhz indi-indi qiymətə minirlər. Çarəsiz qiyamçıların Hələbdən qeyd-şərtsiz buraxılması İranın oyun kitabına daxil deyildi.
Rusiya və Türkiyənin öz aralarındakı razılaşmanı elan etməsindən bir-iki saat sonra Tehran Hələbin şimalında yerləşən iki şiə kəndi ətrafındakı mühasirə halqasının ləğv olunmasını tələb edib. Halbuki bu kəndlər əl-Qaedaya bağlı Cəbhət Fateh əş-Şam təşkilatının mühasirəsindədir. Hələbdəki qələbə hər iki tərəf üçün böyük əhəmiyyətə malik idi, lakin Hələb üzərindəki toz yatandan sonra onun İran üçün daha böyük əhəmiyyəti olacaq. Ölkənin ikinci, həm də sənaye mərkəzi olan şəhəri təsir altında saxlamaq İranın çoxdankı məqsədi idi. Hələb İrandan Aralıq hövzəsinə uzanan yolların qovşağıdır və Tehran buranı özünün yeni geosiyasi layihəsinin bünövrəsinə çevirmək istəyir.
İran rəsmiləri müxalif Əhrar əş-Şamın döyüşçüləri ilə danışıqlar aparıblar. İran bu qruplaşmanın əlində olan Zəbədani şəhərinin sünni əhalisinin İdlib əyalətinə köçürülməsini və iki şiə kəndi – Fua və Kefrayə kəndlərinin əhalisinin isə Zəbədaniyə gətirilməsini istəyir. Başqa sözlərlə İran Dəməşq və Livan sərhədi arasdında sünnilərin olmasını istəmir.
Tehran sərhədin məzhəb xəritəsinin dəyişdirilməsinə çalışır
“The Guardian yazır ki, ötən avqustda Darayyadakı müxalif qüvvələr təslim olanda İdlibə köçürülməyə razılıq vermişdilər. O vaxt 300 şiə ailəsi İraqdan Darayyaya gətirilmişdi. Buradan qərbdə, Zeynəb ziyarətgahının ətrafında isə, İran əhəmiyyətli sayda daşınmaz mülkiyyət alıb. Beləliklə İran İslam inqilabından bu yana ilk dəfə olaraq qonşu ölkəni tamamilə şiələşdirmək planını həyata keçirir.
BBS
P.S. Düz 40 ildir keçmiş SSRİ və onun indiki varisi Rusiya, eləcə də İran Suriyadakı “şiə” azlığının iqtidarda qalmasına dəstək veriblər. Beləliklə də BƏƏS (Ərəb Milliyyətçi Sosialist Partiyası) partiyasının iqtidarda olmasına çalışıblar. Bununla da, ölkə faktiki olaraq, “şiə”, “sünnü” təriqətlərinə bölünməklə yanaşı, ərəb, türkman, kürd və digər etnik parçalanmaların problemilə qarşılaşıb. Bütün bunların qarşısını almaq əslində terror və təhdid yolu ilə daha böyük faciələrin yaşanılmasına yönəldilib.
Suriya müharibəsinin əsl qalibi İrandır

11:34
Digər xəbərlər