Suriya hökuməti yaraqlılarla razılığa gəldi

Suriya hökuməti Dəməşqdə ekstremist qruplaşmalarla razılığa gəlib.

Xudaferin.eu-nun SANA agentliyinə istinadən məlumatına görə, beş minə yaxın Əl-Fua və Kefraya sakininin təxliyyəsinin əvəzinə, yaraqlılar şəhərin cənubunu tərk edəcəklər.

Yaraqlılar düşərgəni bazar ertəsi tərk etməyə başlayacaqlar. Terrorçuları ailələri ilə birgə İdlibə köçürəcəklər. Razılığın ilkin mərhələsində şiə yaşayış məntəqələrindən 1,5 min nəfər təxliyyə olunacaq.

Razılıqda bildirilir ki, terrorçular İştabrok şəhərində 85 əsiri azad etməlidirlər. Terrorçuların çıxarılması və sakinlərin təxliyyəsi may ayının ortalarına qədər davam edəcək. 

Xudaferin.eu

19:12