Sumqayıtda “Oğru” tamaşasının premyerası olacaq

Sumqayıt Dövlət Dram Teatrı yaxın günlərdə Marsel Berkye Marinyenin "Oğru" əsərinin tamaşasını sənətsevərlərə təqdim edəcək. Rejissor Rövşən Almuradlının quruluş verdiyi tamaşa komediya janrındadır. Səhnə əsərinin süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur. Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova iştirak edirlər.

Qeyd edək ki, çağdaş Azərbaycan teatrı və kinosunun ünlü rejissorlarından biri olan əməkda rincəsənət xadimi Rövşən Almuradlı altı illik fasilədən sonra, yenidən teatr səhnəsinə qayıtmaqla bir ilkə imza atır. Bundan öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ünlü rejissorun quruluşunda alman dramaturqu Fridrix Dürremantın “Yaxşı xanımın gəlişi” tamaşası teatrsevərlərin ciddi marağına səbəb olmuşdu.

Xudaferin.eu 

19:34