Sumqayıtda Fikrət Əmirov adına uşaq musiqi məktəbinin 25 illik yubileyi

“Koroğlu” uvertürası ilə başlanan tədbiri giriş sözü ilə açan Səriyyə Dünyamalıyeva məktəbin yaranması, fəaliyyəti və qazandığı nailiyyətləri haqqında məlumat verib. Konsertdə  Fuad Əlizadə və Nəriman Məsimovun (fortepiano),  məktəbin şagirdləri: Mustafa Mirzəyevin (balaban), İbrahim Quliyevin (qarmon) ifasında Azərbaycan xalq rəqsləri, Təranə Mövlanova və Aynur Əhmədovanın ifasında M.Şmitzin “Caz”, Nəzrin Abdullayeva və Fidan Aslanovanın ifasında İ.Ştrausun “Polka-Şal”, nağaraçalanlar ansamblının ifasında  Azərbaycan ritmləri, uşaq xor kollektivinin ifasında R.Hacıyevin və F.Əmirovun əsərləri, xanəndəlik sinfinin müəllimi Vüqarın Nəcəfovun ifasında “Şur” təsnifi,  “Buta” qızlar ansanblının ifasında “Şirvan Gəraylısı” və F.Əmirovun “Yar üçün” mahnıları konsert iştirakşıları tərəfindən alqışlarla qarşılanıb. Sonda məktəbin direktoru Vasif Heydərov yubiley münasibəti ilə məktəbin kollektivini təbrik edib, xoş arzularını çatdırıb.

Xudaferin.eu
“Sumqayıt Bürosu”

14:13