Sülhməramlılara məxsus növbəti avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerindən Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər maneəsiz hərəkət edirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 38 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Qeyd edək ki, gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarının 67, BQXK-nin isə 13 avtomobili keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xudaferin.eu
16:01
Digər xəbərlər