23 iyul 2025-ci il tarixində Türkiyənin təşəbbüsü ilə İstanbulda keçirilən Rusiya–Ukrayna görüşü bir daha sübut etdi ki, müharibənin diplomatik həlli istiqamətində atılan addımlar hələ ki, daha çox simvolik xarakter daşıyır.
Görüşdə əsasən humanitar məsələlər – xüsusilə 1200 nəfər məhbusun qarşılıqlı şəkildə azad olunması barədə razılıq əldə olunsa da, əsas və həlledici məqam – atəşkəsin təmin olunması – kağız üzərində belə əksini tapmadı.
Sülh danışıqlarının qısa və nəticəsiz olması onu göstərdi ki, tərəflər arasında etimad mühiti yox dərəcəsindədir. Real razılaşma üçün daxili hazırlıq və beynəlxalq təzyiqlər yetərli deyil.
Görünən odur ki, danışıqlar masası ətrafında oturmaq sadəcə görüntü üçündür, əsl niyyət isə hələ də meydan savaşında üstünlük qazanmaqdır.
Rusiyanın hazırkı vəziyyəti paradoksaldır :
- Kreml o qədər zəifləyib ki, Ukraynanı tam nəzarətə ala bilmir.
-- Lakin əgər Moskva nəzarəti ələ keçirsə, Avropanın təhlükəsizliyini təhdid edə bilər. Bu ikili vəziyyət, Kremlin daxilində artan strateji gərginliyi və siyasi qeyri-müəyyənliyi dərinləşdirir. Danışıqlardan sonra verilən sərt bəyanatlar isə sadəcə diplomatik səhnənin arxasında oynanılan daha böyük oyunun hissəsidir.
Müşahidələr göstərir ki, müharibə artıq əvvəlki formatından çıxıb.
Avqust ayı bu baxımdan dönüş nöqtəsi ola bilər. Ukrayna tərəfi Qərbdən aldığı yardımın azalmasından, Rusiya isə iqtisadi tənəzzül və logistik çatışmazlıqlardan əziyyət çəkir. Bu o deməkdir ki, hər iki tərəfdə resurslar tükənmək üzrədir, amma savaş əzmi tükənməyib.
BMT kimi mötəbər Beynəlxalq Təşkilatın sülh təşəbbüsləri və çağrışları nə qədər səmimi niyyətlə təqdim olunsa da, təsüf ki , faktiki olaraq ; müharibələri qızışdıranlar bu xoş məramlı çağrışlara əməl etmirlər.
Hər görüşdən sonra tərəflərin ritorikası sərtləşir, təhdid dili güclənir və nəticə olaraq, sülhə olan inam bir qədər də azalır. Bu isə yalnız regionda deyil, qlobal miqyasda da təhlükəli presedent yaradır.
Rusiya - Ukrayna müharibəsinin davam etməsi
fonunda Cənubi Qafqazın – xüsusilə Azərbaycanın adı bəzən qərəzli ritorikaya qarışdırılır. Rusiya informasiya məkanında Azərbaycan əleyhinə aparılan məqsədli kampaniyalar, əslində, bu ölkənin geosiyasi manevrlərindən biridir. Azərbaycanın daxili və xarici siyasəti milli maraqlar üzərində qurulub və heç bir imperiya ambisiyalı ritorika bu xətti dəyişə bilməz.
Biz artıq bir neçə dəfə şahid olmuşuq ki, böyük güclər zəif qonşular üzərində eksperiment aparmaqdan çəkinmir. Lakin Azərbaycanın vəziyyəti fərqlidir. Biz nə tabe olmaq istəyirik, nə də təhdidə boyun əyirik. Əgər bu cür təzyiqlər davam edərsə, bölgədə yeni geosiyasi xəritələr cızıla bilər və bu zaman məsuliyyət birbaşa həmin ritorikaları yayan dairələrin üzərinə düşəcək.
İstanbul danışıqları bir daha göstərdi – sülhün təkcə masa üzərində imzalanması yetərli deyil. Sülh, həm də niyyətdə, davranışda, qarşılıqlı ehtiramda və beynəlxalq hüquqa hörmətdə olmalıdır. Əks halda, diplomatiya yalnız müharibəyə gedən yolun səsboğucusu funksiyasını yerinə yetirəcək.
Hesab edirik ki, bu gərgin və qeyri-müəyyən dövrdə Azərbaycan öz yolunu ehtiyatla, lakin prinsipial şəkildə davam etdirməlidir.
Biz nə oyunun bir hissəsi olmalıyıq, nə də susqun tamaşaçıya çevrilməliyik.
SÜLH PƏRDƏSİ ALTINDA ALOVLANAN MÜHARİBƏ .....

Qəvami Sadıqbəyli.
Xudaferin.eu
10:20