Suhrob Hocimatov: Biz təhlükəsiz gələcəyin təmin edilməsi üçün Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyini götürmüşük

Minalardan təmizlənmiş dünya insanların həyatını xilas etmək və davamlı inkişaf gələcəyini qurmaq üçün əsas şərtdir.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Suhrob Hocimatov öz tviter hesabında paylaşımında qeyd edib.
“Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günündə biz - BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi hər kəsin təhlükəsiz gələcəyinin təmin edilməsi üçün Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyini götürmüşük”, - deyə S.Hocimatov bildirib.

Xudaferin.eu

23:17