Səudiyyə Ərəbistanı Qətərə 10 şərt və 24 saat vaxt verdi:1-İranla əlaqəni kəs 2…..
Səudiyyə Ərəbistan Qətərilə münasibətlərin normallaşdırılması üçün onun qarşısına 10 şərt qoyub və bunun icrasına üçün 24 saat vaxt verib.
Şərtlərin başında İran mollakratiya-fars rejimi ilə diplomatik əlaqələrin dərhal kəsilməsi, “Müsəlman qardaşlar” və HƏMAS hərəkatlarının üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla heç bir əlaqə qurulmaması yer alıb.
Bundan başqa, Səudiyyə Ərəbistanı Qətərdən “Əl Cəzirə” peyk telekanalının siyasətini və rəhbərliyini dərhal dəyişməyi tələb edib. Ər Riyad tələb edir ki, kanalın yayımı Kəngər (ərəb) körfəz ölkələrinin və ərəb dünyasının maraqlarına zidd olmamalıdır.
Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Orta Doğuda durumu gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv, Mavriki və Mavritaniya da Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib.

Xudaferin.eu
“Orta Doğu Bürosu”
09:33
Digər xəbərlər