Səttar Bəhlulzadənin ev-muzeyinin veb-saytının və “Səttar dünyası” portretlər silsiləsinin açılışı olub
Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 107 il ötür. Əlamətdar hadisə ilə bağlı Səttar Bəhlulzadənin ev-muzeyində muzeyin veb-saytının (bahlulzade.az) təqdimatı və gənc rəssam Emin Aslanovun “Səttar dünyası” portretlər silsiləsinin açılışı keçirilib. Tədbirdə muzeyin direktoru İradə Abdinova Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Səttar Bəhlulzadənin həyat yolu haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan təsviri sənət tarixində lirik mənzərənin yaradıcısı kimi məşhurlaşan rəssamın əsərləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilib, Praqa, London, İstanbul, Bonn və digər şəhərlərdə fərdi sərgiləri keçirilib. O, əsərləri BMT-nin baş qərargahında nümayiş etdirilən və Avropada fərdi sərgisi olmuş ilk Azərbaycan rəssamıdır.
Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxışında S.Bəhlulzadənin xatirəsinin anılması məqsədilə nazirlik və onun strukturlarının müxtəlif xarakterli tədbirlər keçirdiyini qeyd edib, gənc rəssam E.Aslanovun sərgisinin də məhz belə tədbirlərdən olduğunu bildirib. F.Babayev nazirliyin informasiya texnologiyalarının muzeylərdə tətbiqinə xüsusi diqqət yetirdiyini, bu baxımdan S.Bəhlulzadənin ev-muzeyinin veb-saytının yenilənməsinin vacib olduğunu qeyd edib.
Xalq rəssamı Arif Hüseynov S.Bəhlulzadə obrazının bir çox rəssam və heykəltəraşlar tərəfindən təsvir olunmasından danışıb. Bu baxımdan gənc rəssam E.Aslanovun “Səttar dünyası” silsiləsini yaratmasının heç də təsadüfi olmadığını, kompüter qrafikası ilə işlənmiş əsərlərin rəssamın obrazını yeni rakursdan görməyə imkan verdiyini söyləyib. Rəsmlərin təqdimatından sonra ev-muzeyinin direktoru İ.Abdinova E.Aslanova təşəkkürnamə və hədiyyə təqdim edib. Sonda muzeyin saytı təqdim olunub.

Xudaferin.eu
08:29
Digər xəbərlər