Stratfor: Avrasiyada böyüyən yeni nəsil 20 ilə Rusyanın ağalığına SON QOYACAQ
25 il əvvəl Sovet İttifaqının dağılması təkcə bütöv bir dönəmin bitməsi deyil, həm də yeni bir eranın başlanğıcı demək idi. SSRİ-nin dağıntıları üzərində Avrasiyada böyük bir məkanı tutan Rusiya Federasiyası və daha 14 müstəqil dövlət meydana çıxdı. Şərqi Avropadan Qafqaz və Mərkəzi Asiyaya qədər keçmiş sovet republikaları qəflətən, heç olmasa, Rusiyadan asılı olmayan daxili və xarici siyasət yürütmək imkanı əldə etdi. Elə Rusiya da imperiyanı itirdiyinə baxmayaraq iqtisadi, sosial və siyasi inkişafda yeni kurs çızmaq imkanı qazandı. Amma köhnə vərdişlər böyük çətinliklə ölür.
Sovet İttifaqı 70 illik mövcudluğu ərzində üzv ölkələrin şüurunda imtinası son dərəcə çətin vərdişləri möhkəm bərkidib. Bu ölkələrin vətəndaşları mərkəzləşdirilmiş, aşağı həyat səviyyəsi və korrusiya halları sıx-sıx olan siyasi sistemdə yaşamağa alışıblar. Rusiya imperiyasından miras qalmış bu səciyyəvi cizgilər hələ Sovet İttifaqına qədər meydana çıxmışdı. O dağıldıqdan sonra da bunların əksəriyyəti müstəqillik əldə etmiş dövlətlərdə saxlanıb. Kommunizm və komanda iqtisadiyyatından nominal imtina və demokratiya və kapitalizmə keçidə baxmayaraq Baltikyanı ölkələr istisna olmaqla keçmiş sovet respublikalarının çoxu dövlət idarəçiliyi mərkəzləşdirilmiş sistemi saxlayıb, kapitalizm modelini isə yalnız kəsik-kəsik qəbul edib. Bu arada rus dili Avrasiyada millətlərarası ünsiyyət dili kimi qalıb. Hətta Moskva 1990-cı illərin başlanğıcında postsovet dövrünün hərc-mərcliyindən özünə gəlib bölgə ölkələri ilə əlaqələrini bərpa edib. Rusiya postsovet məkanında öz güc və təsirini sərgiləmək üçün qoşun yerləşdirməkdən tutmuş siyasi manipulyasiyalara qədər bu rəngarəng taktikadan bu gün də yararlanır. Bununla belə, sövet dövrünün yaşantıları zəifləməyə başlayır, çünki sovetsonrası dövrdə doğulmuş insanlar getdikcə çoxalır. Bu gün Rusiyada orta yaş 40 ildən bir qədər azdır (eyni hal Ukrayna və Belorusda da var), bu isə bildirir ki, bu ölkələrdə ortastatistik vətəndaş öz ömrünün yarısından azını sovet hökuməti dövründə yaşayıb. Əhalinin orta yaş tərkibinin 30 yaşdan az olduğu Mərkəzi Asiyada isə adamların ancaq yarısı bilir ki, sovet həyatı nə deməkdir. Cəmi iyirmi il keçəcək və Avrasiya əhalisinin böyük hissəsinin Sovet İttifaqı haqda birbaşa xatirəsi olmayacaq. Bu cür demoqrafik dəyişimlər Rusiyanın bu ölkələrdəki nüfuzuna meydan oxumaqla keçmiş sovet dövlətlərini siyasi, iqtisadi və mədəni baxımdan dəyişdirmək vədi verir.
Avrasiyada nəsillərin dəyişilməsi artıq özünü göstərir. Məsələn, bu bölgədə rus dili getdikcə daha az işlənir. Keçmiş sovet dövlətlərinin əksəriyyəti ona böyük diqqət ayırmır, halbuki sovet dövründə rus dilini hər yerdə və həmişə tədris ediblər. Bu gün Avrasiyadakı təhsil müəssisələrində tələbələrin əkəsriyyətindən rus dilini bilmək tələb olunmur. Tədris milli dillərdə aparılır. Hətta tələbələr xarici dil kimi rus dilini deyil, fransız, alman, ingilis və ya Çin dillərini daha çox öyrənirlər. Postsovet məkanının böyük hissəsində rus dilindən əsas dil kimi istifadə də azalmağa doğru gedir. BMT və milli statistika qurumlarının informasiyalarından istifadə edən Euromonitor qrupunun məlumatına görə, 1994-cü ildə rus dilindən əsas dil kimi Ukrayna əhalisinin 33,9%-i istifadə edirdisə, 2016-cı ildə bu göstərici 8%-dən az olub. Həmin dövrdə Qazaxıstanda bu rəqəm 33,7-dən 20,7%-ə düşüb. Gürcüstanda isə cəmi 1,1% əsas dil kimi yanaşır, halbuki 1994-cü ildə bu göstərici 6,4% olub.
Əlbəttə, bu ölkələrdə gənclər də daxil olmaqla əhalinin böyük qismi rus dilini anlayır və onu ikinci dil kimi işlədir. Amma bütövlükdə ondan getdikcə az istifadə olunur.
Mərkəzi Asiya və Qafqazda bəzi ölkələr bu tendensiya çərçivəsində kirilldən latın əlifbasına keçib. Türkmənistan bunu müstəqillik əldə etdikdən dərhal sonra edib. Bir qədər uğursuzluqla olsa da, 1990-cı illərin ortalarında eyni addımı Özbəkistan da atıb. İndi bu ölkədə hər iki yazı sistemi işlədilir. Hazırda öz əlifbasını yaratmağı qət etmiş Qazaxıstan bu ölkələrə qoşulub. Qazaxıstan prezidenti Nursultan Nazarbayev məqalə dərc etdirərək məlumat verib ki, 2025-ci ilə doğru ölkədə bütün kitab və rəsmi sənədlər latın əlifbasında nəşr olunacaq. Nazarbayev administrasiyası bu cür keçid haqda hələ 1990-cı illərdə düşünürdü, lakin hazırda bu ölkədə rus dilindən getdikcə az istifadə olunarkən bu cür dəyişikliklər praktik olaraq qaçılmaz olur. Vaxt keçdikcə isə Rusiya civarındakı dil dəyişiklikləri Rusiyanın bu ölkələrə mədəni təsirini də zəiflədəcək.
Siyasi dəyişikliklər
Bununla belə, Rusiyada ən zəruri təhlükələri nəzərə almaq lazım gəlir – təkcə ənənəvi nüfuz zonasında deyil, həm də öz sərhədləri daxilində. Avrasiyada postsovet nəsilləri öz milli hökumətlərinə sovetdəki valideynləri, nənə-babalarının sovet hökumətinə yanaşdığı tək yanaşmır. Mixail Qorbaçov sovet dövrünün sonunda islahatlar keçirməyə başlayana qədər hökumətin ünvanına tənqidi iradlar yox idi, xüsusən də ictimai etirazlar praktik olaraq yox idi və bunun ciddi səbəbləri var idi. Dövlət hökumətlə həm gerçək, həm də görüntü kimi narazılığa həbs, sürgün və ölüm cəzası ilə cavab verirdi. Qorbaçovun aşkarlıq və yenidənqurma siyasəti ilk dəfə sovet siyasətini şübhəyə məruz qoymaq və nümayişlər keçirmək imkanı verdi. Lakin dövlət əvvəlki tək istənilən etiraza sərt nəzarət edir və tez-tez qüvvə işlədərək təhlükəsizlik aparatı vasitəsilə onu boğurdu.
Sovet İttifaqı dağılanda onun yerində meydana çıxan müstəqil dövlətlər aşkar özgə cür düşünməyə və narazılığın bəlirtisinə nisbətdə öz siyasətlərini hazırlamalı oldu. Avrasiyada postsovet dövlətlərinin əksəriyyəti (yenə də Baltikyanı ölkələr istisna olmaqla) etiraz edənlərə münasibətdə sərt xətt yürüdür, müxalifəti və fəalları cilovlamaq cəhdiylə onları təhlükəsizlik qüvvələri ilə boğur və xəbərdarlıq həbsləri aparırdı. 1990-cı illərdə Avrasiyada iri nümayişlər çox nadir hadisə idi. 2000-ci illərin ortalarına doğru Avrasiya üzrə inqilab dalğaları yuvarlanarkən durum dəyişməyə başladı. Qeyri-populyar hökumətlərə qarşı kütləvi etirazlar və 2003-cü il seçkilərinin mübahisəli nəticələri Gürcüstanda hakimiyyətin dinc dəyişiminə səbəb oldu. İki il ərzində Ukrayna və Qırğızıstan onu təqib etdi. Rəngli inqilablar ölkələrin müstəqillik qazandığı 1990-cı illərin əvvəli ilə heç cür müqayisəyə gələ bilməz. Səbəb sovet sistemi yüksək eşelonun qərarı deyil, xalq narazılığı oldu. Özgə düşüncə növbəti onillikdə güc işlətməyə başladı. 2010-cu ildə cəmiyyət korrupsiyalaşmış, ailə hakimiyyəti qurmuş rəhbərliyi devirməyə qalxarkən iğtişaşlar Qırğızıstanı bürüdü. Nümayişçilər dörd ildən sonra Kiyev küçələrinə çıxaraq Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiyadan imtina qərarına etiraz etdilər. Təhlükəsizlik qüvvələri etirazları amansızcasına boğmağa başlayanda yüz minlərlə insan, əsasən tələbələr nümayişə çıxdılar. Etirazlar sərt toqquşmalara keçdi, çünki hökumət istefa vermək və erkən seçkilər keçirməkdən imtina etdi. Nəticədə Avromaydan hərəkatı prerzident Viktor Yanukoviç və administrasiyasını devirdi.
Qırğızıstan və Ukraynadakı nümayişlər göstərdi ki, bu ölkələrin adamları daha biabırçı korrupsiya və təhlükəsizlik qüvvələrinin sovet dövrü üçün xarakterik qəddar hərəkətlərinə dözmək istəmirlər. Bir neçə il keçdi və postsovet məkanında bu əhvali-ruhiyyə başqa ölkələrə yayıldı. Avrasiyada iqtisadi durğunluq və hakimiyyətdəki korrupsiyaya qarşı getdikcə daha çox etirazlar baş verir. Misal kimi Belorusda bu yaxınlardakı etirazları götürək. Fevral və martda bütün ölkə boyu minlərlə adam Belorusdakı iqtisadi duruma və hökumətin özünə düzəlişlə bağlı fəaliyyətinə etirazını ifadə etdi. Nümayişlərin bu cür vüsəti və iştirakçıların israrı hələ bir neçə il öncə ağla gəlməzdi, çünki prezident Lukaşenko təhlükəsizliyin təmini üzrə sərt tədbirlər görür. Hökumət fəallar və müxalif qurumlara qarşı qəddar addımlar ataraq nümayişçiləri tutmağa cəhd etsə də, etirazlar bir neçə ay davam etdi.
Rusiya da iğtişaşlardan sığortalanmaz oldu. Rusiya xalqı prezident Vladimir Putinin dönəmində 20 ildən kəm siyasi sabitlik və iqtisadi rifahdan sonra müəyyən yaşayış səviyyəsinə ümid bağlayır. İqtisadi tənəzzül və son illərin korrupsiya qalmaqalları rusiyalılar, xüsusən də gənclər üçün getdikcə qəbuledilməz olur. Adamlar cavabında apreldə Rusiyanın nəhəng ərazisindəki şəhərlərdə kütləvi nümayişlər təşkil etməyə başladılar. Bu etirazlar xeyli miqdarda şəhərdə keçdiyi və 20 yaşdan bir qədər böyük xeyli gəncin qatıldığı ilə diqqətçəkən idi. Yeni texnologiyalar bu nümayişlərdə çox önəmli rol oynadı. Gənc rusiyalılar internet və sosial şəbəkələr vasitəsilə təmasa keçir, müxtəlif tədbir və aksiyalar təşkil edirdilər. (Sosial şəbəkələr o qədər mühüm geopolitik alət olub ki, Ukrayna hökuməti bu aylarda Rusiyanın “ВКонтакте” və “Одноклассники”-dən milli təhlükəsizlik üçün qaynaqlanan təhdidlər bəhanəsilə bu platformaları təcrid edib.) Belorus kimi Rusiya da sosial şəbəkələrə və nümayişlərə qarşı sərt tədbirlər görür, lakin ənənəvi üsullarla etiraz hərəkatlarına nəzarət getdikcə daha da çətinləşir.
İrəli baxaraq
Bu arada Avrasiyanın böyük hissəsində dövlət rəhbərləri əvvəlki kimi sovet dövrünə və qaydalarına aludəçilik hiss edirlər. Nəticədə hökumətlə vətəndaşlar arasındakı münasibətlər getdikcə daha da gərgin və dayanıqsız olacaq. Bu mübarizə demoqrafik tənəzzül, həmçinin siyasi və mədəni dəyişikliklərlə üzləşən Rusiyada lap çox hiss olunur. Ölkədə əhali sayının azalması Avrasiyada hakimiyyət və nüfuz uğrunda mübarizə aparan başqa dövlətlərlə müqayisədə onun iqtisadi və hərbi mövqelərinin zəifləməsinə səbəb olur. BMT proqnozlarına əsasən, Rusiya əhalisi 2050-ci ilə doğru 143 milyondan 129 milyon nəfərə qədər, yəni, demək olar, 10% azalacaq. Rusiyadan fərqli olaraq ABŞ əhalisi 20%-dən artıq çoxalmalıdır. Həmçinin Türkiyə və İranda da əsaslı artım olacaq. (Avropanın ən böyük ölkələri haradasa Rusiya və ABŞ göstəricilərinin arasında görünəcək.) Hətta əhalinin ümumi sayı azaldıqca slavyanların payı sabit şəkildə azalacaq ki, bu da rusiyalıların mədəni və siyasi özünü dərkinə daha çox təsir edəcək. Rusiyanın daxildə və xaricdə üzləşdiyi çağırışlar ona öz gücünü sərgiləmək və postsovet periferiyasına təsir etmək, həmçinin öz sərhədləri daxilində rejimi və sabitliyi saxlamağa mane olacaq. Şübhəsiz, ölkə bir sıra mədəni, sosial və texnoloji dəyişimlərə uyğunlaşacaq, amma Rusiya hər hansı siyasət yürüdür-yürütsün, demoqrafik və dil dəyişiklikləri onun ziyanına işləyəcək. Bu qayda ilə Avrasiyada postsovet əhalisi çoxaldıqca bölgədə hakim qüvvə kimi getdikcə daha çox zəifləyəcək.

Muxalifet.az
11:14
Digər xəbərlər