STRATEJİ ZAMAN LİDERLİYİ -- ZAMANI AŞAN SİYASƏTÇİ .....

[ Heydər Əliyev fenomeni əsasında dövlətçilik nəzəriyyəsinin formalaşması  haqqında -- Siyasi elmlər üzrə dissertasiya ( doktorluq )  işi.] 

İxtisas :  Dövlət idarəçiliyi nəzəriyyəsi və strateji geopolitika.

Müəllif : Qəvami Sadıqbəyli.

GİRİŞ.

HEYDƏR ƏLİYEVİN HƏYATI.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 
 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan II Dünya  müharibəsi ona həmin ali məktəbdə təhsilini başa çatdırmağa imkan verməmişdir.
 Heydər Əliyev 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş ;  1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.
 O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
  Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsində işləmişdir 
  H. Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.
  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir.
 H. Əliyev 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.
  Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) dövlət  idarəçiliyinin  möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edilmişdir.
 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev,  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ kimi nəhəng dövlətin  rəhbərlərindən biri olmuşdur. 
  Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974–1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.
  Sov. İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa vermişdir.
 Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 
  1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.  
  Heydər Əliyev  1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.
   Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
 Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı  Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.
   Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. 
  Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
  1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev rəsmi olaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi.
 Heydər Əliyevin  Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında və  beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. 
Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu. 
  Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev təşəbbüsü ilə  1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında --  dünyanın 11 ən iri neft şirkəti ilə "Əsrin Müqaviləsi" imzalandı.
   Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrin  Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi --  cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
  1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyası. qəbul edildi.
  1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik qaydada parlament seçkiləri keçirildi. Azərbaycan Respublikasının  Konstitusiya məhkəməsi fəaliyyətə başladı.
 Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
 Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.
 Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına  Azərbaycan Milli Elmlər Akademiyası ( AMEA )  statusu verilmiş, bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktı bir daha yüksək səviyyədə təsdiqlənmişdir.  
  Heydər Əlyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən  I qurultayı --  Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində dəyərli və tarixi qərarlar qəbul etmişdir.
  2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev --  səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.
  Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

I. BÖLÜM. 
ELMİ MƏQSƏD VƏ KONSEPTUAL ÇƏRÇİVƏ.

Bu dissertasiya yalnız bir siyasi liderin fəaliyyətinin təsviri deyil. Burada əsas məqsəd --  keçid dövrlərində dövlətin necə qorunması və gələcəyə necə ötürülməsi məsələsinin elmi modelini yaratmaqdır.
  Siyasi elmdə liderlik çox vaxt xarizma və ya institutlarla izah edilir. 
 Bu tədqiqat isə göstərir ki:
liderlik – zamanın idarə olunmasıdır.
 Yəni siyasi lider yalnız qərar vermir, gələcək siyasi arxitekturanı öncədən qurur.

II BÖLÜM. 
 NƏZƏRİ BAZA — DÜNYA SİYASİ ELMİ İLƏ DİALOQ.

Bu dissertasiya üç böyük nəzəri xətt üzərində qurulur:
1.)  Xarizmatik legitimlik ;
2.)  Sabitlik və siyasi institutlaşma ;
3.) geopolitik balans.

Bu nəzəriyyələr müqayisə edilərək aşağıdakı yeni nəticəyə gəlinir :
Strateji Liderlik qabiliyyəti + 
Xarizma +  Geopolitik hesablama = Uzunömürlü dövlət modeli.

III BÖLÜM.
 TARİXİ FORMALAŞMA : XRONOLOJİ ANALİZ.

1. Erkən mərhələ (1923–1969)
Bu dövrdə LİDERİN ( Heydər Əliyevin ) əsas xüsusiyyətləri :
--- Dövlət sistemi baqqında düşüncəsi;
--- Riskləri analiz etmə bacarığı ; 
--- Çətin şəraitdə qərarvermə intizamı formalaşır.
Bu xüsusiyyətlər sonradan dövlət idarəçiliyinə transformasiya olunmuşdur.
2. Azərbaycan SSR mərhələsi (1969–1982)
Politoloji baxımdan bu dövr Hedər Əliyev üçün  “regional modernləşmə laboratoriyası”olmuşdur.
Bu dövrdə əlda olunan əsas nəticələr:
--- təhsil infrastrukturunun genişlənməsi;
--- milli kadr bazasının yaradılması;
--- idarəçilik intizamının gücləndirilməsi olmuşdur.
  Bu mərhələ müstəqillik dövrü üçün hazırlanmış "gizli institusional kapital"  kimi qiymətləndirilir.
3. SSRİ miqyasında strateji təcrübə (1982–1987)
Burada lider ( Heydər Əliyev ) qlobal güc balansını ;
enerji və təhlükəsizlik siyasətlərini ;
böyük dövlət mexanizmlərini
praktiki şəkildə müşahidə etmişdir.
Bu təcrübə sonradan müstəqil xarici siyasətin əsasına çevrilmişdir.

IV BÖLÜM.
DÖVLƏTİN YENİDƏN QURULMASI MODELİ.
  
(1993–2003)
Dissertasiya bu mərhələni yeni terminlə ifadə edir:
“İnstitusional bərpa fazası”
Əsas komponentlər:
siyasi sabitlik ;
hüquqi legitimlik ;
enerji strategiyası ;
beynəlxalq balans.
 Bu model postsovet məkanında nadir siyasi transformasiya nümunəsi kimi təhlil olunur.

V. BÖLÜM.
XALQ DİSKURSU VƏ SOSİAL LEGİTİMLİK

  Siyasi liderin tarixi qiyməti yalnız dövlət sənədləri ilə ölçülmür — sosial yaddaş da mühüm göstəricidir.
Araşdırmada sadə peşə adamlarının yanaşması ayrıca analitik kateqoriya kimi təqdim olunur:
fəhlə — istehsal sabitliyi ;
kəndli — torpaq və sosial təminat ;
çoban — təhlükəsizlik hissi ;
Ziyalı — milli kimliyin qorunması.
Bu baxımdan Avropada fəaliyyət göstərən "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri ziyalı təbəqənin nümayəndəsi --  Elman Mustafazadənin Heydər Əliyev haqqında  səsləndirdiyi : 
“ Heydər Əliyev zaman ötdükcə ucalan Zirvədir — tarix tərəfindən təsdiqlənən liderdir.” fikri mühüm əhəmiyyət kəsb edir.
 Bu fikrin politoloji şərhi belədir :  zaman faktoru legitimliyi zəiflətmir, əksinə möhkəmləndirir.

VI.BÖLÜM.
YENİ NƏZƏRİ MODEL

Dissertasiyanın əsas elmi töhfəsi : 
--- Strateji Zaman Liderliyi Nəzəriyyəsini ; 
--- Keçid dövrlərində siyasi liderin yalnız mövcud böhranı idarə etməsi deyil,  gələcək institusional sistemi əvvəlcədən formalaşdırmaq  bacarığını üzə çıxarmaqdır.
Model isə belədir : 
Z = L + I + S + G
 Burada : 
 Z — zamanı aşan dövlət modeli , 
L -- liderlik, 
I -- institutlar, 
S — sabitlik,
 G — geopolitik strategiya.

VII.BÖLÜM.
12 FUNDAMENTAL ELMİ TEZİS.

 Bu bölümdə Dövlət idarəçiliyi nəzəriyyəsinin və strateji geopolitikanın  12 əsas tezizlə ifadə olunduğu bildirilir : 

1.) Dövlətçilik şəxsə deyil, sistemə çevriləndə davamlı olur.
2 ) Sabitlik inkişafın əleyhinə deyil, ilkin şərtidir.
3 ) Enerji siyasəti geopolitik müstəqilliyin əsas alətidir.
4.) Təhsil uzunmüddətli təhlükəsizlik strategiyasıdır.
5.) Liderlik yalnız idarəçilik deyil, zaman planlaşdırmasıdır.
6.) Dövlətlər üçün institusional ardıcıllıq vacibdir.
7.) Klassik milli ən-ənə  modernləşmə ilə uzlaşa bilər.
8.) Sosial legitimlik siyasi davamlılığı gücləndirir.
9.) Geopolitik balans kiçik dövlətlərin sağ qalma strategiyasıdır.
10.) Böhran dövründə liderlik qərar sürəti ilə ölçülür.
11.) Güclü dövlət kadr siyasəti ilə formalaşır.
12.),Tarixi lider zaman keçdikcə siyasi simvola çevrilir.

VIII. BÖLÜM.
AKADEMİK YEKUN.

Bu tədqiqatın əsas nəticəsi  aşağıdakı reallıqdır : 
Heydər Əliyev fenomeni yalnız tarixi şəxsiyyət deyil — dövlətçilik nəzəriyyəsi üçün ayrıca analitik məktəbdir.

IX. BÖLÜM.
CƏMİYYƏTİN  DİQQƏTİNİ CƏLB EDƏN ƏSAS XÜSUSİYYƏT.

Bu elmi tədqiqatın cəmiyyət üçün aşağıdakı cəlbetmə xüsusiyyətləri vardır : 
Liderlik -- yalnız bioqrafiya deyil;
Dövlət idarəçiliyi -- siyasi nəzəriyyədir;
Siyasi nəzəriyyə -- metodoloji modeldir , zamanla  yeni terminologiya təqdim edir.

X.BÖLÜM.
ELMİ DİSSERTASİYANIN XARAKTERİ.

Təqdim oluna dissertasiya  belə xarakterizə oluna bilər:
“ Strateji Zaman Liderliyi nəzəriyyəsi”

Müəllif : Qəvami Sadıqbəyli.

13:21