Stokholmda sürücüsüz avtobuslardan istifadə ediləcək

Stokholmda Skandinaviya ərazisində ilk dəfə olaraq sürücüsüz avtobuslardan istifadə ediləcək.

Xudaferin.eu xəbər verir ki, ölkənin nəqliyyat idarəsi iki sürücüsüz avtobusun sınaqdan keçirilməsinə icazə verib.

Elektrik mühərrikləri ilə təchiz edilmiş avtobuslar gələn ilin yanvarından başlayaraq əvvəlcədən proqramlaşdırılan 1,5 kilometr marşrut üzrə saatda 20 kilometr sürətlə işləyəcək. Avtobuslar altı ay müddətində Stokholmun Şista mikrorayonunda adi yollarda sınaqdan keçiriləcək. Maşınların idarəetməni həyata keçirən GPS qlobal mövqetəyinetmə sisteminə malik süni intellektlə təchiz edilməsinə baxmayaraq, hər avtobusda bir nəfər ştatda sayılan sürücü olacaq.

Layihə Nobina avtobus şirkəti tərəfindən Ericsson, SJ, KTH, Klövern, Urban ICT Arena şirkətlərindən olan texniki mütəxəssislərlə birgə həyata keçirilir.

Yerli KİV-lər qeyd edir ki, İsveç Nəqliyyat İdarəsi sürüsüz avtobusların sınaqdan keçirilməsinə bu il iyulun 1-dən icazə verib. Hazırda idarə daha səkkiz müraciəti araşdırır.

Xudaferin.eu

17:46