Stohkolmda axtardığımı səmimiyyəti Göterborg şəhərində tapdım

 

Bir neçə gün bundan öncə Linköping şəhərindən bir video paylaşdım və həmin o videoda Stockholm şəhərində səmimiyyətin defisit olduğundan şikayət etdim. Amma hər arzumu ürəyimdə qoymayan Tanrım bu diləyimi də reallaşdırdı. Eşitmişdim ki, Göteborgda yaşayan azərbaycanlılar mehribandırlar (Tanrı gözdən qorusun). Ancaq bu dərəcədə isti qonaqpərvər, çox yaxşı mənada pozitiv auralı olmaqlarını bilmirdim.
Bu yaxınlarda “İsveç Azərbaycan Federasiyon”u təşkilatı olaraq Göteborgda keçirilən qurultayında iştirak etmək təklifi aldıq. Tam könüllü, heç bir təzyiq altında olmadan iki səbəblə qurultayda iştirak etmək istəyimizi bildirdik.
Birinci. “İsveç Azərbaycan Federasiyonu”nun fəaliyyəti, idarə heyyəti və digər suallarıma cavab almaq və təşkilatımızın tərkibinə daxil olmağımızın nə dərəcədə doğru qərar olduğunu araşdırmaq.
Bundan əlavə bir məsuliyyətli təşkilat kimi, bu qurultayda AFI-in dərnəyi olaraq bizim bu qurultayda iştirak etmək borcumuz idi. İlk qarşılama anından, ta bütün qurultay gedişatı və qurultay bitəndən sonra , qərarımızın nə qədər doğru və düz olduğuna əmin olduq. Çox demokratik şəkildə, bütün etik normalara riayət olunaraq, hər kəsə söz, fikir izahetmə şansı verildi. Sayğılı münasibət göstərərək qurultayın iclası keçirildi və biz- SAF təşkilatı kimi AFI-in bir parçası olduğumuza görə qürur duyduq. Bütün qurultayın keçirilməsi zamanı AFI-ın əsasnaməsini oxuyaraq hansısa qanun və ya əsasnamənin maddələrin pozulmasını qeyd etmədik. İclas çox səmimi, dostluq şəraitində keçilirdi və hiss olundu ki, həm iş görmək istəyi, həm də kifayət qədər savadlı, bacarıqlı, təcrübəli idarə heyəti və üzvləri var. Nəhayət hiss olundu ki, şəxsi prinsiplərə görə - birliyi qurban verənlər artiq yoxdur (bu cümlə gətiyyən Səttar bəyə aid deyil). Bu da o deməkdir ki, biz sağlam, güvənli yola cıxdıq. Səttar bəyin qurultayda iştirak etməməyi məni çox üzdü. Səbəbindən aslı olmayaraq sədr kimi ən azı sayğı göstərib və yığılmış problemləri həll etməli idi. Həm də öz sözünü deməli idi. Səttar bəy-Sizin illərlə verdiyiniz əmək böyükdür və qiyməti yoxdur. Yeni üzv olaraq, tam problemlərin nədən ibarət olduğunu bilmirik amma tezliklə sizi öz aramızda görməyi ümid edirik.

Bələ bir şaiələr yayılır ki güya AFI bəzi şəxslər tərəfindən müxalifət, iqtidar, quzey və güney tərəfinə keçirtmək istəyirlər. Bu çox gülünc və əsası olmayan iftiradır. Ən azı ona görə ki AFI-ın əsasnaməsində açıq və aydın yazılıb ki AFI qeyri siyasi bir təşkilatdir və hər bir azərbaycanlı bu təşkilata üzv ola bilər. Bəli, hər insanın öz şəxsi fikiri, baxışı var və eyni fikirdə, yaxud hər kəsi sevmək məcbur deyilik. Ancaq, sayğı göstərmək hər bir mədəni və tərbiyəli insanın borcudur. Azad insan olarag incitməyərək, şəxsiyyətə toxunmayaraq öz baxışını paylaşmaq və azından sayğılı anlayışla qəbul olunmalıdır. Mən buna sağlam cəmiyyət deyərəm! Müxtəlif böhtanlar vaxtilə bizim SAF dərnəyimizin başına gəldiyinə görə paxıl və qısqanc insancıqlara sözüm budur: “Madam ki, işbirliyi və həmrəy olmaq istəmirsinizsə, araya qalmaqal, qruplaşıb və milləti parçalayırsınızsa o zaman sizin yoxluğunuz bizə ən yaxşı köməyinizdir (bu da Səttar bəyə aid deyil). Susun və imkan verin əlimizdən gələni xalqımız üçün edək!

Xüsusi təşəkkürlərimi ev sahiblərinə, başda Arif bəy olmaqla - Eldar bəyə, Azər, Ramizə və Bəyim xanımlara bildirmək istəyirəm! Xoş niyyətli həmvətənlərə, başda Teymur, Vahid bəylər, Səadət, Aya, İradə xanımlara və ümumiyyətlə bütün kollektivə dərin ana, ata, bacı, qardaş kimi diqqət və qayğını göstərdiyiniz üçün dərin təşəkkürlərimi bildirirəm! Otelə gəldiyim zaman öz-özumə dedim ki: “Bəli, bu yoldaşlarla kəşfiyyata gedərəm!” SAF cəmiyyətinin AFI-a (Azerbajdzjanka Riskförbundet i Sverige) daxil olmağı düz qərardıq!
Uşag məktəbdə nə qədər əlaçı olsa da, hər zaman onu dəstəkləyən, arxa duran ailəsi olmalıdır və SAF cəmiyyəti bu ailəni buldu! Saygı və xoş niyyətli, söz, fikir, azad təklifli AFI-ı qorumaq, mənasız söz-söhbətlərə son qoyub, durmadan işbirliyi ilə milli hədəflərimizə hesablanmış layihələri gerçəkləşdirmək bizim əsas məsələmiz olmalıdır!

Saygılarımla Sevda Dadaşova
İsveç, Göterborg şəhəri

15:48